“Mən nə Arif Hacılının, nə də Qubad bəyin tərəfindəyəm”
20:29 25.02.2015
Arxiv
957
Tural Abbaslı: “Bu şəxslərin heç birinin başqan olmasını istəmirdim”
5 gün əvvəl təsis konfransı keçirilən Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının üzvləri ilə Müsavat Partiyasının funksionerləri arasında qarşıdurma daha da şiddətlənib. Bu günə qədər saxta seçki keçirməkdə və qeyri-legitim strukturlar yaratmaqda tənqid olunan Müsavat funksionerləri eyni ittihamlarla ADR-ə qarşı "hücuma” keçib.
Başqan Arif Hacılının tərəfdarları hərəkatın təsis konfransında keçirilən seçkilərin qanuna zidd olduğunu iddia ediblər. Onların sözlərinə görə, hərəkat qəbul etdiyi nizamnaməni elə ilk iclasdaca pozub: "ADR-də sədr seçkisi gizli səsvermə əvəzinə, açıq səsvermə ilə keçirilib. Bir hərəkatın ki təməli pozuntu ilə qoyulub, onun gələcəyindən nə gözləmək olar?”. Hərəkat üzvü Sədaqət Paşayeva isə qarşı tərəfə cavab olaraq deyib ki, açıq səsvermənin keçirilməsi vaxt azlığına görə olub: "Tutduğumuz yer ödənişli idi. Səsvermənin açıq keçirilməsi Təşkilat Komitəsində səs qoyuldu və səs çoxluğu sayəsində qərara alındı ki, vaxt məhdudluğundan sədr seçkisi açıq keçirilsin. ADR xalq hərəkatıdır. Özünü partiyada hesab edən siyasətçilərin məsələyə bu cür dar yanaşması qəbuledilməzdir”.
Tərəflər arasındakı münaqişəyə münasibət bildirən Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı "Şərq”ə açıqlamasında deyib ki, ADR-in üzvü olmasa da, bu hərəkatın yaradılmasına və fəaliyyətinə qarşı deyil: "Təbii ki, Müsavat rəhbərliyində təmsil olunan şəxslərin təsis konfransı ilə bağlı dedikləri ürəkaçan deyil və qəbulolunmazdır. Əvvəla, 100 illik tarixi olan bir partiya öz addımlarını yeni yaranmış hansısa bir hərəkatla müqayisə etməməlidir. İkinci növbədə isə Müsavat yeni qurumlara qısqanclıqla yanaşmamalı, əksinə, çalışmalıdır ki, ölkədə demokratik qurumların, təşkilatların sayı artsın. Əgər konfransda hansısa pozuntu olubsa, bu onların problemidir, partiyanın yox. Ümumiyyətlə, bugünkü Müsavatın problemi ADR, Qubad İbadoğlu və ya Vurğun Əyyub olmamalıdır. Bütün müxalifət partiyalarının əsas hədəfi hakim partiya, iqtidar olmalıdır. Amma Müsavat qarşıdan gələn parlament seçkilərinə hazırlaşmaq əvəzinə, cəbhəçilərlə, "ögey” müsavatçılarla mübarizə aparır. Bu isə partiyaya yaxşı heç nə vəd etmir. Təəssüflər olsun ki, dostlarımız daha çox əhəmiyyətsiz şeylərə vaxtlarını sərf edirlər”.
T.Abbaslı bəyan edib ki, o, heç bir tərəfin mövqeyini müdafiə etmir: "Bizim tərəflər dediklərimiz başqan və başqanlığa keçmiş namizəd ətrafında toplaşan qruplardır. Yəni qarşıdurma və mübarizə Arif Hacılını dəstəkləyənlərlə Qubad İbadoğlunun tərəfdarları arasındadır. Nəzərə alsaq ki, mən də başqanlığa namizəd olmuşam, deməli, özümün ayrıca mövqeyim, sözüm var. Yəni konkret olaraq Arif Hacılının və ya Qubad İbadoğlunun tərəfində deyiləm. Mən bu şəxslərdən heç birinin başqan olmağını istəmirdim. Bu gün də o düşüncədəyəm. Hesab edirəm ki, Müsavata mənim rəhbər seçilməyim daha xeyirli olardı. Əgər konkret tərəf seçməliyəmsə, öz tərəfimi seçirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm