“Mən onu evimdən qovmuşam”

Əməkdar artistin həyat yoldaşı sərt ittihamlar səsləndirdi
Bir nəfər kişi deyə bilməz ki, Lalə üçün bir manat pul xərcləyib. Bunu İlham da çox gözəl bilir. Əgər belə olmasaydı, İlham indiyə qədər Laləni çoxdan rüsvay etmişdi.


Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. Xatırladaq ki, cütlük rəsmi şəkildə ayrıldıqdan bu günə qədər tərəflər susmağa üstünlük verirdilər. Boşanma barədə suallara isə Lalə Məmmədova adətən ya cavab vermirdi, ya da üstündən yüngül ötüşürdü.

Amma son günlər boşanmış cütlüklərin biri-birinin ünvanına ittihamları mətbuatda yer almağa başladı. Həm də bu dəfə daha sərt şəkildə.

İ.Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda günahlandırıb: "Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən onu sənətdə qaldırmaq, "raskrutka”sı üçün öz işimi atıb, Laləyə prodüserlik etməyə başladım. Onun bütün nailiyyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 min dollara satıb, 43 minini ona verdim ki, özünə mənzil alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verib, hətta öz valideynlərinə belə bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq ediblər. Lalə heç bizim qızımıza da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və o qızımın mənə qarşı "beynini doldurur”. Sonra durub efirdə danışır ki, "iki uşağı tək böyütmək necə çətindir”. Mənə "sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”

Əməkdar artist Lalə Məmmədovanın prodüseri Vəfa Nuriyeva müğənninin keçmiş həyat yoldaşı İlham Qafarovun sənətçi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. Müğənni mövzu ilə əlaqədar danışmaq istəməsə də, prodüseri açıqlamasında İlham Qafarovun yalan məlumat verdiyini söylədi: "Siz mətbuat nümayəndələri üçün İlhamənin kimliyi məlumdur ki? Hamınız onu tanıyırsız. Lalə ilə ailə quranda da elə böyük bir məbləğdə maaş da almırdı ki, desin ki, bununla Laləyə kömək edirdi. Bütün şəhər bilir ki, o, alfonsdur. Lalə xanım son vaxtlar keçmiş həyat yoldaşının adını heç yerdə çəkmir. O niyə ad çəkir? Özünü reklam etmək istəyir? Deyir ki, alfons deyiləm. Neçənci ildə harada işləyib? Mən hər şeyi gözəl bilirəm. Artıq bir ilə yaxındır ki, aliment vermir, gətirib alimenti versin. İlham pul qazanırdı ki, 43 min manata ev alsın? Hamısı Lalənin pulları idi. Elə qazanan kişidirsə, indi niyə qazana bilmir? İndi də pul qazansın, gedib nə gündə yaşadığına baxın. Lalə çox qeyrətli, namuslu, şərəfli xanımdır. Bu günə kimi əri çox şey etsə də, Lalə heç nə etməyib. Heç kim deyə bilməz ki, Lalənin üzərində hansısa damğa var. İndiki dövrdə şou-biznesdə təmiz adı saxlamaq hər qadının işi deyil. İlhamın isə necə arvadbaz, içki düşkünü olduğunu mən yaxşı bilirəm”. Lalə haqqında heç bir kişi deyə bilməz ki, onunla münasibəti olub. Nə İlhamla ailə qurana qədər, nə də boşanandan sonra Lalənin həyatında heç kim olmayıb. O, alnıaçıq övladlarını böyüdür. Bir nəfər kişi deyə bilməz ki, Lalə üçün bir manat pul xərcləyib. Bunu İlham da çox gözəl bilir. Əgər belə olmasaydı, İlham indiyə qədər Laləni çoxdan rüsvay etmişdi. Bilir ki, Lalənin həyatında kimsə yoxdu. Lalə onun həyat yoldaşı olanda yaxşı, əxlaqlı qadın idi, indi ayrılıb pis oldu? 2007-ci ildən o insan işləmir. Laləni aldığı 500 manat pulla raskrutka etdirirdi ki? Lalə onunla ailə quranda artıq Lalə Məmmədova kimi sevilirdi. Sonra da ailə qurandan sonra İlham yağlı tikə gördü, o işindən də çıxdı, Lalənin hesabına kef çəkdi. Sadəcə, Lalə Məmmədova bu illər ərzində susurdu ki, ailəsi barədə söz-söhbət kənara çıxmasın. Çünki İlhamdan fərqli olaraq Lalə ailəyə önəm verən insandı. Qaldı İlhamın açıqlamalarına, məni məcbur etməsin ki, onun barədə bildiklərimin hamısını çılpaqlığı ilə söyləyim. Lalənin halal zəhməti ilə qazandığı pulları İlham əxlaqsız qadınlara xərcləyəndə bilməliydi ki, bir gün Lalənin səbri də daşacaq. Qaldı evdən çıxmaq məsələsinə, Lalə evdən özü çıxıb. Bezib deyə çıxıb. Kim dözər ki? Sən qazanasan, ərin də sənin qazancını əxlaqsız qadınlara xərcləsin. Lalə bu günə qədər öz mədəniyyətinə və abrına bükülüb susub. Bu gün də o danışmayacaq. Amma Allah var. Mən illərdir Lalənin yanındayam. Onun nə qədər əziyyət çəkdiyini də görmüşəm. Hamının bir səbr kasası var. Lalənin səbr kasası dolana qədər də dözdü ki, ailəsi dağılmasın. İlham hansı pulla Laləyə ev alıb? Onun anasının, atasının kirayə pulunu da Lalə ödəyirdi. İlham elə pul qazanan kişi idisə, niyə indi özünə bahalı maşın, ev ala bilmir. Bizdə ayrılandan sonra qadına çirkab atmaq çox asandı. Amma Lalə çirkab götürən qadın deyil. Hamı Lalənin kim olduğunu da tanıyır, İlhamın da alfons olduğunu bilir. Yaxşısı budur, övladlarının alimentini çatdırsın”.

Tahirə