“Məni güllələyin!”: Dilqəm Əsgərov ermənilərə səsləndi
21:51 26.02.2015
Arxiv
1371
Dünən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ermənilərin girov saxladığı Azərbaycan vətəndaşları Dilqəm Əsəgrov və Şahbaz Quliyevin qondarma apellyasiya məhkəməsinin ilk prosesi keçirilib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dilqəm Əsgərov ona qarşı irəli sürülmüş ittihamları, xüsusən 17 yaşlı Smbat Çakanyanı qətlə yetirməklə bağıl epizodu rədd edib.
Dilqəm Əsgərovun sözlərinə görə, o, yalnız doğma kəndini ziyarət etmək üçün Qarabağa gedib. O, həmçinin kənddə çoxlu qadın və uşaq gördüyünü, lakin onlara toxunmadığını deyib. Qarabağda apardığı videoçəkilişlərə gəlincə isə Azərbaycan vətəndaşı həmin videoları casusluq məqsədilə çəkmədiyini vurğulayıb. Əsgərov həmin görünütülərin internetə də yerləşdirildiyini bildirib. "Bu mənim Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədiyimi göstərir. Onlar axı dəli deyillər ki, videoya baxsınlar, sonra da onu internetə yerləşdirsinlər”. D.Əsgərov özü ilə yanaşı, Şahbaz Quliyevin də günahsız olduğunu və onlara qarşı irəli sürülən ittihamların haqsız olduğunu deyib. "Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, sanki Usama Ben Laden, ya da Şamil Basayevəm”. Çıxışının sonunda Dilqəm Əsgərov günahsız olduğu üçün "məhkəmənin” onu ömürlük həbs cəzasına məhkum etməməsini istəyib.
"Ya məni azad edin, ya da gülləyin!. Amma ömürlük həbs cəzası verməyin” -deyə Azərbaycan vətəndaşı çıxışını yekunlaşdırıb. Xatırladaq ki, 2014-cü ilin yayında Kəlbəcər ərazisində girov götürülən Azərbaycan vətəndaşlarından Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub. Onlarla birgə Qarabağa getmiş 3-cü soydaşımız Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm