Messi və Pique məğlubiyyətdən sonra qumarxanada tutuldu!





La Liqada "Malaqa”ya 1-0 məğlub olaraq zirvə yarışında ağır bir yara alan "Barselona”da ulduz oyunçular Lionel Messi və Gerard Pique, bazar axşamı qumarxanadan çıxarkən yaxalandı.

Şənbə günü ağır məğlubiyyətdən sonra bazar gecəsi "Casino de Barcelona”dan çıxarkən göstərilən iki ulduzun yanında "Çelsi”nin ispan orta sahə oyunçusu Cesc Fabreqasın da olduğu göstərildi. Elektronik rulet maşınları, poker turnirləri və İspaniyanın məşhur yeməklərinin xidmət edildiyi məkanda görüşən 3 yoldaşın, uzun müddət danışdıqdan sonra dağılışdığı ifadə edildi.

Messi və Piquenin Fabreqasla birlikdə qumarxanaya gedərək əylənməsi İspaniya mətbuatında geniş yer alarkən, "Real Madrid”ə yaxın mətbuat quruluşları, 4-0-lıq "Atletiko” məğlubiyyəti sonrasında ad günü qeyd edən Ronaldoya edilən mərhəmətsiz tənqidlərin Messi və Piqueyə edilmədiyini yazdı.