Mətanət İsgəndərlinin keçmiş həyat yoldaşı öldü: Əməkdar artist dəfn mərasiminə qatılmayıb






Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş həyat yoldaşı Oruc Həmidov vəfat edib.
Mərhumun yaxınları qafqazinfo-ya bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkən Həmidov dünən vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb. Mətanət İsgəndərli dəfn mərasiminə qatılmayıb.
Qeyd edək ki, illər öncə boşanan cütlüyün bir qızı, bir oğlu var.