“Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına və ermənilərə dərin hüznlə başsağlığı verirəm”
"Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş tanınmış siyasətçi Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb”. Bu barədə millət vəkili Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə, Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb:
"Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”. Məlumat üçün bildirək ki, bir neçə il əvvəl İtaliyanın qərəzli "İl Fatto” qəzetində dərc edilən yazıda iddia edilib ki, İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte, guya, 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alıb. İttihamda Azərbaycandan olan deputat Elxan Süleymanov və Müslüm Məmmədovun da adı hallanıb.
Lakin Elxan Süleymanov başda olmaqla Azərbaycan siyasiləri Volonteyə rüşvət verilməsi iddiasının uydurulduğunu, yalan və iftira üzərində qurulmuş kampaniyanın tərkib hissəsi olduğunu deyiblər. İddiadan sonra dəfələrlə vurğulanıb ki, Luka Volonteyə qarşı irəli sürülən ittihamlar Azərbaycana qarşı olan çirkin əməliyyatların bir parçasıdır. Məqsəd isə Azərbaycanı dünyada nüfuzdan salmaq, ölkə iqtidarını ləkələmək və dövlətimizin rüşvətlə iş gördüyünü iddia etmək idi. Şübhə yoxdur ki, bu qarayaxmanın arxasında erməni lobbisi də dayanır.
Çünki Avropada bir çox deputatın qanına girən erməni diasporası onları öz məqsədləri naminə yönləndirməkdən heç zaman çəkinməyiblər. Ancaq Milan Məhkəməsinin gözlənilməz olaraq ədalətli qərar verməsi erməniləri və onları dəstəkləyən ermənipərəst qüvvələri olduqca məyus edib. Bu dəfə onlar gülünc şəkildə Milan Məhkəməsinin "ədalətsiz” qərar aldığını iddia etməyə başlayıblar. Lakin mənfur ermənilərin ciddi-cəhdlə çalışmasına və hər kəsə iftira atmalarına baxmayaraq, gec-tez ilahi ədalət öz yerini tutur. Hətta bu ədalət çox vaxt qərəzli qərar vermiş, birtərəfli mövqe sərgiləmiş məhkəmələrin əli ilə belə verilə bilir.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert, tanınmış jurnalist Azər Həsrət bunu sevindirici xəbər olaraq qəbul etdiyini deyib. Onun sözlərinə görə, Milan Məhkəməsinin qərarı göstərir ki, Avropa məkanı birrəngli deyil:
"Görünür, hələ də qitədə ədalət hissi və qanunçuluq qüvvədədir. Ancaq mən sadəcə başsağlığı verməzdim, həm də o böhtan kampaniyasını təşkil edənləri və onların arxasında duranları ifşa edərdim. Onları bütün dünya və ölkə ictimaiyyəti tanımalıdır. Bu işi burada bitirməməliyik. Üstümüzə şığıyan o mənfur şəbəkəyə yerini göstərmək üçün əla fürsət yaranıb. Bundan istifadə etməliyik”.
İsmayıl