
Milli matəm günü
Akif Aşırlı

Xalqımıza qarşı törədilən soyqırım faktları milli mətbuat tariximizin səhifələrinə də köçüb. 1905-ci ildə nəşr olunan "Həyat” və "İrşad” qəzetlərində erməni millətçilərinin Qafqazda azərbaycanlılar yaşayan bölgələrdə törətdiyi qanlı olaylar, kütləvi qırğınlar barədə bəlkə də sayı-hesabı bilinməyən faktlar mövcuddur.
1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Zəngəzurda azərbaycanlıların erməni-bolşevik silahlıları tərəfindən kütləvi qətli həmin dövrdə nəşr olunan "Azərbaycan”, "İstiqlal”, "Hümmət”, "Açıq söz”, "Kaspi” qəzetlərində də öz əksini tapır. Azərbaycan xalqına qarşı törədilən soyqırımın sərhədlərini müəyyənləşdirmək üçün bu mətbu orqanlarda dərc olunan məqalələri, informasiyaları, siyasi-analitik təhlilləri oxumaq kifayətdir.
1919-cu ilin martın 31-ni Azərbaycan Cümhuriyyəti Milli Matəm günü elan etməsi də soyqırıma məruz qalan xalqın öz faciəsini tarixdə yaşatmaq üçün atılan bir addım idi. Həmin gün Bakıda fabrik, zavod və neft mədənləri bir gün tətil etdi, şəhərin əsas küçələri qara bayraqlarla bəzədildi, məscidlər qaralara boyandı. Azərbaycanlıların kütləvi qətlə yetirildiyi küçə və meydanlarda ehsan verildi, şəhidlərin ruhuna dualar oxundu. Qəzetlər matəm nüsxələri buraxdı.
Müxtəlif mətbu orqanların Milli Matəm gününə həsr etdiyi məqalələri ərəb qrafikasından latın əlifbasına transleterasiya edərək oxuculara çatdırmaqda "Şərq” qəzetinin bir məqsədi var: "Səhvlərimizin hardan qaynaqlandığını bilmək üçün tarixə baxaq”.
(Əvvəli ötən sayımızda)
Bütün Azərbaycan əmələ və kəsibkarlarına
Yoldaşlar, vətəndaşlar!
Müsəlman əmələ konfransının qərarı ilə biz sizi martın 31-də bir günlük zabastovkaya çağırırız.
Martın 31-dəki 1918-ci yıl martın köhnə qaidə ilə 18-nə düşür. Qəvi bütün həyat dursun: səhər saat 8-dən zabastovka qudokları çalınıb, axşam saət 7-ə qədər mədənlər, zavodlar işləməsin. Dükanlar, bazarlar bağlansın. Hər kəs komitəmiz tərəfindən olunan məhəllələrə toplanıb mart faciə ələməsində kəsilən qurbanların, Azərbaycan fikri yolunda şəhid düşən minlərlə məsum və fədakar vətəndaşların ruhuna dua eləsinlər.
Bu gün Bakı şəhəri Azərbaycanın paytaxtı göstərməlidir ki, martda vaqe olan ədalətsizlik o böyük zalım heç bir zaman azərbaycanlıların xatirindən silinməz. Bu gün Vətənin hürriyyətini, millətin salamətini görünən vətəndaşlar bu hürriyyət və səlamət uğruna fəda olmuş şuhidatı unutmazlar. Onlardan ruh məzavimi hüzurunda hürriyyət və istiqlalın payidar olması üçün əzm etdiklərinə dair and içərlər.
Vətəndaşlar, haydi gəliniz!
Azərbaycan demokratiyası sizi çağırır, mart hadisələrini təşviq edənlər bu hadisəyi milli bir şəklə salanlar bizi ayırmışlardı. Bu zalım, bu ədalətsizligə qarşı proteet təşkil edən bir günlük matəm bizi birləşdirsin.
Bu gün birləşəlim, firqə və millət fərqi gözləmədən mart qurbanlarına rəhmət o günün cəlladlarına isə lənət deyəlim!
Bu gün hər məhəllənin öz məscidində məclis qurulacaqdır. Qaidə ümumiliyi nəzərə alaraq aşağıdakı müəssisələr tətil etməyəcəklərdir.
1. Dəmiryol idarəsi.
2. Çörəkli dükanları
3. Posta və teleqraf
4. Apteklər, xəstəxana
Tətil komissiyası tərəfindən məhəllələrdə və rayonlarda məxsusi adamlar qoyulacaq. Bu adamların qollarında məxsusi əlamətlər olacaq. Hər nə iş olursa o adamlara müraciət eləməli özbaşına iş görülməməlidir.
Fitnə və təhrikə meydan verməməli, təmkin və üslun ilə zabastovkanı başa aparmalıdır.
Yaşasın istiqlal!
Yaşasın Azərbaycan!
Azərbaycan demokratiyası özünü idraklı və mütəşəkkil olduğunu göstərməlidir.
Tətil komitəsi
"İstiqlal” qəzeti.
29 mart 1919-cu il. №7
Sabunçuda matəm günü
Türk ədəmi-mərkəziyyət "Müsavat” firqəsinin Sabunçu şöbəsinin sabiq sədri bununla cəmi arkadaşlara məlum edir ki, Sabunçu kəndində və Meydan dairəsində qırılan din qardaşlarımızın istirahət-ruhları üçün Sabunçu kəndinin şkolasında saat 11-də məclis tərtib ediləcəkdir. Haman gün bütün firqə yoldaşlarının məclisə təşrif etmələri rica olunur.
"İstiqlal” qəzeti.
29 mart 1919-cu il. №7
31 mart münasibətilə
Mart hadiseyi-ələməsindən son dərəcədə müsibətə və vəhşətə uğramış olan şəhərin Məhəmmədli məhəlləsi, Hacı Ağababa məscidi hissələrinin əhalisi həmən faciədə şəhid düşənlərin istirahəti-ruhi üçün birinci səneyi-dövriyyəsi münasibəti ilə ayini-ruhani (pəsməzar) icra edəcəkdir.
Pəsməzar bir gün martın 31-də sübhdən axşam saat 6-dək təziyat məclisi bərpa edilib. Şəhidlərin əqrəbası tərəfindən bəyani təziyyat qəbul ediləcəkdir. Pəsməzar hər məhəllənin öz məscidində olacaqdır.
Bütün vətəndaş və millətdaşların təziyyə məclisinə gedib ərvahi-şüədayə xeyirli dua və səlamətlər itihaf eyləmələrini arzu edəriz.
Bundan başqa sair məhəllələrdə dəxi pəsməzar tərtib ediləcəyinə görə, vətəndaşların iştirak etmələrini təmənna edəriz.
"İstiqlal” qəzeti.
29 mart 1919-cu il. №7.
"İstiqlal” və "Naş put”
Martın 31-ci matəmli günə məxsus olmaq üzrə məzkur gündə "İstiqlal” və "Naş put” matəmli nüsxə fövqəladə olaraq intişar edəcəkdir. O günə məxsus bütün mühərrirlərimizin məqalələrini dərc edəcəyik.
"İstiqlal”.
29 mart 1919-cu il. №7.
Gəncədə
Gəncədən idarəmizə böylə teleqarmlar gəlmişdir.
"Müsavat” firqəsinin təşəbbüsü ilə Gəncədə 31 mart faciəsi münasibətilə təziyə mərasimi bərpa edildi. O gün məktəblər, hökumət idarələri, bütün kəsibkarlar ittifaqları tətil etdilər. Məscid camidə bütün cəmiyyət, firqə və ittifaqları nümayəndələrinin iştirakıyla bu hadiseyi-ələmə qurbanlarının ruhuna fatihə verildi. 31 mart faciəsi xüsusunda əhaliyə məlumat verildi.
Məşədi Əli Rəfiyev
31 mart faciəsi münasibətilə Gəncədə sənətkarlar ittifaqı təziyə mərasimi bərpa etdi. Bütün Gəncə sənətkarları dükanları bağlayıb tətil etdilər. Şah Abbas məscidində qurbanların ruhuna fatihə oxundu.
Məşədi Yusif Qazıxanov
"Azərbaycan” qəzeti
1 aprel 1919-cu il. № 148
Mətbuat
18-31 mart faciə-əmələsi münasibətilə "Nabat” qəzetəsi baş məqaləsində bu davanın nədən ibarət olduğunu təhlilə qalqışaraq yazır: bolşevik qəzetələrində oxuyuruq ki, bu müdhiş qətl inqilab ilə bəy-xan əks-inqilabının mübarizəsi idi. Sosia-demokratlar mətbuatı mart günlərinin ermənilər ilə müsəlmanların ədavətinin şiddətli bir nümayişi idi. Fəqət, biz mart hadisatını əks-inqilabçıların inqilaba qarşı mübarizəsini şərt kimi götürməyiriz. Bu müharini iki millətin biri-birinə qırdırması kimi götürüyoruz.
Doğrudan da əgər burası əks-inqilabla mübarizə idisə, nə üçün uşaqları süngü ilə deşib, qapıya mıxlayırdılar. Nə üçün silahsız hammalları, arvadları, uşaqları müsahi (yəni qeyri-müsəlman, - A.A.) soldatları ilə evə doldurub, evi odlayırdılar. Əgər bu dava iki millət arasında vaqe olmuşsa, bu milli dava idisə, nə üçün bu müdhiş qırğında müsahi və müntəzəm qoşun iştirak edirdi.
Aşkardır ki, burada iki əməl vardı. Hadisənin əsas müntəzəm inqilabçı qoşunun baş qaldırmış əks-inqilab qoşununa mütəşəkkil zərbəsi idi.
Bunlara inqilab ilə heç əlaqəsi olmayan ünsürlər dəxi qoşuldular. Bu ünsürlər mütəəssüb millətçilərdir ki, o biri millətə qarşı kor-koranə ədavət hissi aşılamışlardır. Haman bu ünsürlər mart hadisəsinə mili ədavət rəngi verərək, tərəf-müqabilinin müntəzim, müsəlləh qüvvəsini degil, o biri millətin silahsız, pənahsız camaatını qırırlardı.
Təəccüblüdür ki, bunca böyük tarixi bir günü Bakının sair qəzetələri sükutla keçdilər.
Xüsusilə müsəlman sosialistlərinin məruc-əfkarı "Zarya” üçün sanki bu gün heç yoxmuş!
"Azərbaycan” qəzeti
1 aprel 1919-cu il. № 148
18 mart münasibətilə
Keçən sənə mart hadiseyi-ələməsində son dərəcə dəşhət və müsibətə uğramış olan şəhərin Məhəmmədli məhəlləsi və "Hacıbaba təkiyəsi” hissələrinin müsəlman əhalisi tərəfindən martın 18-19 və 20-si üç gün olaraq haman faciədə şəhid düşənlərin istirahət ruhu üçün təziyə məclisi (pəstməzar) tərtib ediləcəkdir. Pəsməsar məzkur məhəllələrin məscidlərində tərtib edilib şəhüdanın əqvamı tərəfindən bəyan təziyat qəbul ediləcəkdir.
Xəyalat
O viranələr aşiqi, məxribiyyət və fəlakət düşgünü,kəndi soti bədtinət və kədər nisari ilə bəni daima narahat ediyor. Qəlbimi dağdar fikrimi son dərəcə vəlvələdar ediyor. Onun hər bir quqqultusu, bana riqqət veriyor, əqlimi, zehnimi cərihədar ediyor.
Könlüm, meylim ona yaqlaşmiyor. Kəndisini ona yağı hiss ediyorda, təbbi olaraq, xərabəliklərə qoşamiyor. Onun sotunda, onun sayəsində səadət yoxdur. Nəğməsi fərəhəfza dəgil, zira o, səadət, eşq və məhəbbətin nə olduğunu düşünəməz.bəlkə düşünərdə o vaxt o, xərabəzar seviyor bən isə sevməm.onun nəğməsi bana yabancıdır. Sotunda bətalət, əsarət görüyorum. Hiss ediyorum i o, kəndi soti bəd fitrəti ilə bir çoq parlaq və məsud xanımanların pamali vəhşiyyət olmasına ruyi rza göstərmişdir. Keçən sənə üzərinə qonmuş olduğu xanəni, bən bu gün xərabəzar halində, məmur dəgil viranə şəklində buldum. Kəndi xanəm, o məmureyi eşqim olan bamın üzərinə ir daha qonmasına razi olamam. Onun sotundan pərişan xatir olmaq və dolayisilə xərabəzarlar görmək istəməm. Çıx, rədd ol!
Çox zaman hicrində ah nalə və suz o qudaz etdiyim o məhbubə, o dilbəri hürriyyət, ol hümayi xoş tinəti istədim. O bənim mövcudiyyətim, həyatımdır! Daima vüsalı uğrunda çarpışdığım o murği dilim, kəndi soti por süruri ilə yenidən bana ruh verdi. Vüsalına yetişdim. Onu dər ağuş edərək yanıq qəlbimdə, düşgün xəyaimdə bəsi por həvəs xəyal etdim. Onu bir daha qayb edəməm. Zira o, mədum dəgildir. Xəyalımın, mövcudiyyətimin əbədi bir ruhi, quye por əzəmətidir. Onu bir daha buraqmam.
İştə o bənim:
İstiqlaliyyətimdir!
Piri
"Azərbaycan” qəzeti
31 mart 1919-cu il. № 147