“Milliyət” yazdı: Paşayevadan Türkiyəyə dəstək

Türkiyənin Sakarya vilayətinin Erənlər rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, diplomatlar, QHT və KİV rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra torpaqlarımızın bütövlüyü və ölkələrimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Abidənin ucaldığı Xocalı Parkında Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şüarlar qaldırılıb, böyük bir izdiham nümayiş olunub.
Azərbaycanlı millət vəkili Qənirə Paşayeva, "Avropa bu gün Afrində o bölgələrdə terrorla mübarizədə Türkiyəyə necə ikiüzlülük və ikili standart tətbiq edirsə, o zaman da (Xocalı soyqırımı) o işğalçı zehniyyətə dəstək verdilər." deyib.
Paşayeva, "O işğalçı zehniyyət dünən Xocalıda bunu edirdi. İndi də Ermənistana döndüklərində Ermənistan və PKK terror təşkilatı bayraqları ilə heyətlə yola salırlar." söyləyib.
Terrorla mübarizə mövzusunda Avropanın səssiz qaldığını qeyd edən Paşayeva, belə davam edib:
"Avropa bu gün Afrində o bölgələrdə terrorla mübarizədə Türkiyəyə necə ikiüzlülük və ikili standart tətbiq edirsə, o zaman da (Xocalı soyqrımı ) o işğalçı zehniyyətə dəstək verdilər. Ona görə bizim daha güclü birlik və birliyə ehtiyacımız var. Çox şükür, Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq bu birliyi göstərir. İslam birliyinin güclənməsi hamımız üçün çox önəmlidir. Bu səbəblə bu parkın açılmasında əməyi keçənlərə təşəkkür edirəm. Bu park Qarabağ və Xocalını uşaqlarımıza xatırladacaq."