Milyarder Mixail Qutseriyev səhmlərinin bir qismini oğluna ötürüb
10:24 31.08.2017
Arxiv
637
"Russneft" və "Neftisa" neft şirkətlərinin sahibi, rusiyalı milyarder Mixail Qutseriyev neft sektorundakı biznesinin bir hissəsini oğlu Səidə ötürüb.
"APA-Economics" xəbər verir ki, bu barədə Mixail Qutseriyev "Forbes" jurnalına müsahibəsində bildirib.
"Səid sutkada 16 saat işləyir. Buna hörmət etmək lazımdır. O artıq mənim neft biznesimin payçılarındandır - mən paketimin bir hissəsini onunla bölüşdüm", - deyə milyarder qeyd edib.
Bölgüdən öncə Mixail Qutseriyev şirkətlər qrupunun 70%-inə nəzarət edib, qalan 30% isə onun qardaşı Səid-Salam və qohumu Mikayıl Şişxanova məxsus olub. Mixail Qutseriyev səhmlərinin 19%-ini oğluna verib. Buna baxmayaraq, nəzarət səhm paketi hələ də M. Qutseriyevdədir.
Milyarderin sözlərini Kiprin dövlət reyestrinin məlumatları da təsdiqləyir: hazırda "Lambency Holdings" şirkətinin səhmlərinin 19%-i Səid Qutseriyevə məxsusdur. Mixail Qutseriyevə məxsus "Safmar" şirkətlər qrupu məhz "Lambency Holdings" tərəfindən "Russneft" və "Neftisa" şirkətlərini idarə edir.
Qeyd edək ki, Səid "Eldorado", "M.Video" və "Texnosila" şirkətlərində də paya malikdir. Səid Qutseriyev "Eldorado" və "M.Video" şirkətlərinin Direktorlar Şurasına rəhbərlik edir, lakin onun əsas iş yeri "Fortinvest" şirkəti sayılır. Bu şirkət neft emalı və neft məhsullarının satışı ilə məşğuldur. Səid 2014-cü ildən etibarən şirkətin baş direktorudur.
"Forbes" jurnalının son reytinqinə əsasən Qutseriyevlər Rusiyanın ən zəngin ailəsidir.
Maraqlıdır ki, səhmlərinin bir hissəsini oğluna ötürdükdən sonra Mixail Qutseriyevin sərvəti 6,3 mlrd. dollardan 5,5 mlrd. dollaradək azalıb.
Qeyd edək ki, "Russneft" Rusiyada neft hasilatı həcmlərinə görə ilk onluğa daxildir. Şirkət Xəzər dənizin Azərbaycan sektorunda da hasilat həyata keçirir. "Russneft"in ehtiyatlarının həcmi 200 mln. ton təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual