Minlərlə insan son mənzilə yola saldı: "Ağlama, xainləri sevindirmə"

TÜRK Silahlı Qüvvələrinin (TSK) Afrində başlatdığı "Zeytun budağı" hərəkatında şəhid, ehtiyatda olan zabit Göksu Şəfəq Şahinin (26) cənazəsi, məmləkəti Samsunun Havza qəsəbəsində, 8 min insanın qatıldığı mərasimdən sonra torpağa tapşırıldı. Şəhidin 6 aylıq qızı Reyhan Öykü Şahin, atasını tabutuna toxunaraq, son mənzilə yola saldı.
"AĞLAMA, XAİNLƏRİ SEVİNDİRMƏ"
Şəhid anası Reyhan Şahin, oğulunun tabutuna sarılıb, şəkilini öpərək, uzun müddət gözyaşı töküb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, şəhid atası Mustafa Şahin isə həyat yoldaşına "Ağlama, xainləri sevindirmə" deyərək, təskinlik verməyə çalışıb.
Şəhidin  2016-cı ildə evləndiyi Kadriye Şahin (21) də həyat yoldaşının hərbi formasını geyərək, cənazə mərasimində yer aldı. Şəhid xanımı 6 aylıq qızları Öykünü qucağına alaraq, "Qızım, bax bu sənin atan" deyərək, körpə qızının əlini tabuta toxundurdu.
Ehtiyatda olan zabit Göksu Şəfəq Şahinin cənazəsi, Demiryurt məhəlləsindəki ailə qəbirisitanlığında torpağa tapşırılıb.