“Minsk qrupu bu dəfə doğru mövqe tutub: “Format yox, keyfiyyət dəyişməlidir !”
09:47 11.03.2019
Arxiv
584
"Minsk qrupu təbii ki, Ermənistanın danışıqlar formatını dəyişmək kimi cəfəng iddiasını qəbul etməməklə doğru mövqe tutub”.
Bu barədə "Sherg.az”a tanınmış politoloq Nəzakət Məmmədova bildirib.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağın erməni icması necə tərəf ola bilər ki, onlar guya hələ öz müqəddəratlarını təyinetmə uğrunda mübarizə aparırlar?! Bu, Paşinyanın məsuliyyəti Ermənistanın öz üzərindən atmaq planıdır:
"Azərbaycan Ermənistanla müharibə şəraitindədir, qoşunların təmas xəttində Ermənistan vətəndaşları işğalçı ordunun tərkibində hərbi xidmət aparır, hansı ki, onların sırasında Paşinyanın öz oğlu da var. Azərbaycan ərazisini Ermənistan işğal edib, Qarabağ ermənilərinin o qədər gücü, potensialı yoxdur ki, Ermənistanın köməyi olmadan Azərbaycanın 1/5 hissəsini işğal altında saxlasın.
Məsuliyyəti Ermənistan daşıyır və onun bu məsuliyyəti Qarabağ separatçıları ilə bölüşmək cəhdləri əbəsdir. Minsk qrupunun formatını dəyişmək lazım deyil, orada ədalət, beynəlxalq hüquqa hörmət, işğalçı və işğala məruz qalanı eyni tərəziyə qoymaq yox, fərqləndirmək lazımdır.
Format yox, keyfiyyət dəyişikliyi olmalıdır. Ermənistan doğurdan da, sülh istəyirsə, özü konstruktiv mövqe tutmalı, Minsk qrupundan da eyni yanaşma tələb olunmalıdır. Əks halda, irəliləyişə doğru heç bir addım atılmayacaq və müsbətə doğru nəsə gözləməyə dəyməz”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar. Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib. Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm