“Minsk qrupuna üzv dövlətləri bu yoldan çəkindirməliyik”





Millət vəkili Rövşən Rzayev Milli Məclisin ATƏT-in Minsk qrupuna müraciət etməsi təklifini verib. 

"Sherg.az" bildirir ki, deputatın sözlərinə görə ermənilər qondarma "Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar: 

"Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər. Onları bu yoldan çəkinməyə çağırmalıyıq. Milli Məclis olaraq ATƏT-in Minsk qrupuna müraciət etməliyik. Həmçinin ermənilərin törətdiyi vəhşilikləri bir daha onların diqqətinə çatdırmalıyıq. Bununla yanaşı təklif edirəm ki, bu sessiyanın qanunvericilik işləri planına "İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanması da daxil edilsin”.

Anar