Мöcüzədir: Qardaşı sarılınca yaddaşı qayıtdı





2 ildir yaddaş unutqanlımı problemi yaşayan 16 yaşlı qız, qardaşının ona sarılmasıyla bir anda hər şeyi xatırladı. «Daily Mail»in xəbərinə görə 16 yaşлı Chloe Inman, onurğasından maye alındıqdan sonra yaddaşını tamamilə itirdi. Ailəsini, yoldaşlarını və ətrafındakı heç kimi xatırlamayan Chloenin həyatı bir anda kabusa döndü.
15 yaşında ciddi baş ağrısıyla həkimə gedən və idiyopatik intrakraniyal hipertansiyon diaqnozu qoyulan Chloe, problemi araşdırmaq üçün onurğasından 2 dəfə maye alınması nəticəsində yaddaşını itirdi. Həkimlər hər şeyi sınadı, ancaq 2 il boyunca Chloenin bu vəziyyətinə çarə tapa bilmədi.
Sonrası isə  möcüzədir. 6 yaşlı qardaşı Caleb, bacısının otağına girib ona sarılınca xatirələrinin geri gəlməyə başladığını iddia edən Chloe, "Heç kimi tanımırdım. Qulağa qəribə gəlsə də xatırladığım ilk şey qardaşım oldu. Mənə sarıldıqdan sonra sanki bir düymə basıldı və bir-bir həyatıma dair hər şeyi xatırlamağa başladım," deyir.