Monitorinq insidentsiz başa çatıb - MN




Bu gün təmas xəttində monitorinq keçirilib.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.