MTRŞ-nın səlahiyyətləri artırılır
11:31 06.02.2015
Arxiv
655
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihəyə əsasən, qanunun 16-cı maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilir. Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, MTRŞ-ın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan bu dəyişiklik o deməkdir ki, mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif edilən varianta əsasən məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ) müraciət olunur.
23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual