Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb
09:40 15.02.2019
Arxiv
491
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya