Müəllim şagirdi vəhşicəsinə döyüb - BAKIDA
21:20 14.02.2015
Arxiv
713
Məktəb direktoru: "İş polisdədir, polis də qərarını versin"
Sabunçu rayonu 90 saylı orta məktəbin 7-ci sinif şagirdi Orxan Həsənov məktəbin bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə Lent.az-a şagirdin valideyni Mirələm Həsənov məlumat verib. Onun sözlərinə görə, O. Həsənov bir həftə əvvəl bədən tərbiyəsi müəlliminin maşının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun maşınına düşüb. Maşının üstündə tüpürcək görən müəllim bərk qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək ondan üzr istəyib.
Bununla qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb edib. Və şlanqla onun bədəninə vurmağa başlayıb.
Atasının dediyinə görə, E. Cəbrayılov Orxanı döyərkən yanında onun sinif yoldaşları - Fuad və Xəyal da olub. Orxana dəyən şlanqlar Fuadla Xəyala da dəyib.
Orxan müəllimin əlindən zorla qurtulub. Məktəbin yaxınlığındakı mağazadan evə zəng edərək, bu barədə anasına məlumat verib.
Atası Lent.az-a verdiyi açıqlamada bildirir ki, Orxanı Sabunçu rayon 3 saylı xəstəxanaya çatdırıblar. Baş vermiş hadisəylə bağlı Sabunçu rayonu Polis İdarəsinin 12 saylı polis bölməsində olublar. Atasının izahatı alındıqdan sonra ekspertizanın rəyinə əsasən faktla bağlı işə baxılacaq.
M. Həsənov onu da əlavə edib ki, Orxanın bədəni hələ də gömgöydür, barmaqları isə yaxşı işləmir. Ən pisi də odur ki, o, daha məktəbə getmək istəmir.
Orxanın sinif rəhbəri Bəyimxanım Hacıyeva Lent.az-a açıqlamasında döyülmə faktını təsdiqləyib: "Bəli, döyüb. Özü də necə? Uşağı qapqara qaraldıb. Vəhşicəsinə. Daha əvvəl də belə şeylər edib. Kim şikayət edirsə, "arxam doludur, nə bilirsiniz edin”, deyir”.
Məsələ ilə məktəbin direktoru Qurbantac Qazıbəyova ilə də əlaqə saxladıq. Direktor Lent.az-a açıqlamasında E. Cəbrayılovun hərəkətini pisləyib: "Mən bir məktəb direktoru kimi ona töhmət elan etmişəm. Şifahi də danladım. Onunla söhbətim də olub. İş polisdədir. Polis də qərarını çıxarsın, baxarıq. Təhsil İdarəsinə də müraciət etmişəm. Mən heç bir uşağımın döyülməsini, ona qarşı zorakılıq tətbiq olunmasına qarşıyam. Orxan çox tərbiyəli uşaqdır. Uşaq uşaqdır. Tərbiyəli, ya tərbiyəsiz. Heç kimin ixtiyarı çatmır onu döyməyə”.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülüb.
Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm