Müəllimlər də dəstəkləyir, şagirdlər də...
20:44 02.03.2015
Arxiv
714
Məktəbli formalarının üzərində dövlət atributları əks olunacaq
Şagirdlərin vahid məktəbli formasına dövlət atributları əlavə edilə bilər. Lakin hələlik həmin formaların üstündə "Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Digər bir çox ölkələrdə məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Azərbaycanda isə hələ bu təcrübədən istifadə olunmur.
Təhsil Nazirliyi də bu məsələyə müsbət yanaşaraq gələn ildən belə bir addımın atılmasını açıqlasa da, hələlik heç bir yenilik yoxdur. Nazirliyin mətbuat xidmətindən ANS Press-ə bildirilib ki, məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib: "Bununla yanaşı, ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almalarını qeyd edirlər”.
Təhsil ekspertləri isə belə bir addımın atılmasını dəstəkləyir və vacib hesab edirlər. Əməkdar müəllim Almaz Həsrətin fikrincə, ümumiyyətlə, hər bir azərbaycanlı Azərbaycanı əks etdirən dövlət atributlarını hər zaman üzərində gəzdirməlidir. "Eləcə də vahid məktəbli geyimlərində belə simvollar öz əksini tapmalıdır. Çünki ölkəmizdə yaşayan əcnəbi vətəndaşlar şagirdlərin geyiminə baxanda onun məktəbli olmasını tam müəyyənləşdirə bilmir. Və yaxud şagirdlərimiz xarici ölkələrə səfərlərə gedərkən formasından onun hansı ölkəni təmsil etməsi bilinmir. Lakin Türkiyədə isə hər bir məktəbli formasının üzərində dövlətin atributları var. Bu baxımdan hesab edirəm ki, dövlət atributlarımızın vahid məktəbli formalarına əlavə edilməsi şagirdlərimizin mənəvi-psixoloji durumuna olduqca müsbət təsir edəcək”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm