Müharibə başladı? - ABŞ Rusiya hərbçilərini BOMBARDMAN ETDİ
08:49 09.02.2018
Arxiv
1030
Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə bilər.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, zərbələr nəticəsində ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var.
Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.
Bir başqa iddiaya görə, Suriya ordusunun tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. PKK/YPG qüvvələrini müdafiə edən ABŞ təyyarələri rejim tərəfdarı qüvvələrə aviazərbələr endirib. Hücum nəticəsində 100-dən çox döyüşçü ölüb.
Qarşıdurmanın Suriyanın ən zəngin neft yataqlarına sahib olmaq uğrunda mübarizə olduğu bildirilir. Rusiyanın Müdafiə Nazirliyinin dünənki açıqlamasında da deyilir ki, ABŞ-ın Suriya ordusu tərəfində vuruşan güclərə atəş açması onun İŞİD-lə mübarizə apardığını deyil, bu ölkənin iqtisadi aktivlərini ələ keçirmək istədiyini göstərir.
"Baş verən hadisə növbəti dəfə nümayiş etdirdi ki, İŞİD beynəlxalq terror qruplaşması ilə mübarizə ABŞ güclərinin Suriyanın ərazisində qanunsuz mövcudluğunun davam etdirilməsinin həqiqi hədəfi deyil. ABŞ-ın hədəfi Suriya Ərəb Respublikasına aid olan iqtisadi aktivləri öz nəzarəti altına almaq və saxlamaqdır”, - idarədən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə həftəlik mətbuat konfransında bildirib ki, ABŞ tərəfindən hazırlanan təhlükəsiz zona İŞİD döyüşçülərinə hökumət qüvvələrindən gizlənməyə kömək edir.
"Suriyanın cənubunda Tanf bölgəsində öz bazası ətrafında təktərəfli qurduğu 55 kilometrlik təhlükəsizlik zonası İŞİD-in sağ qalan döyüşçülərini Suriyanın hökumət qüvvələrindən gizlədir. İŞİD döyüşçüləri burada yenidən qruplaşma və çöl bölgələrinə yenidən sızmaq üçün silahlanma imkanı qazanırlar”, - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya
Tramp İordaniyada iki amerikalı əsgərin ölümünə münasibət bildirib
13:08 19.07.2026
Dünya
“Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
12:52 19.07.2026
Hadisə
Sabahın hava proqnozu açıqlanıb
12:36 19.07.2026
Ekologiya