Müsavat iqtidar-müxalifət dialoquna qatılacaq
20:21 17.02.2015
Arxiv
659
“Belə görüşlərdə maraqlı olduğumuzu və şərtlərimizi irəli sürmüşük. Nəticənin necə olacağını zaman göstərəcək”
Müsavat Partiyası növbəti iqtidar-müxalifət dialoquna qatıla bilər. Partiyadan verilən məlumata görə, bu barədə Divanın ötən gün keçirilən iclasında qərar qəbul olunub. İclasda aparılan müzakirələr zamanı iqtidarın siyasi partiyalarla əlaqələrinin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirilib.
Divan üzvü Nemət Kərimlinin verdiyi açıqlamaya görə, müzakirələr zamanı partiyanın prosesdə iştirakı mümkün hesab edilib. Dialoq təşəbbüsünü müsbət qiymətləndirən Müsavat başqanı Arif Hacılı da bəyan edib ki, əgər, görüşlərdə müzakirə olunacaq mövzular əvvəlcədən müəyyənləşdiriləcəksə və görüşdə iştirak edəcək siyasi qüvvələrin formatı əvvəlcədən müsavatçılarla razılaşdırılacaqsa, partiya belə görüşlərdə iştirak etməyə hazırdır: "Birinci təklifimiz artıq qəbul olunub. Prezident Aparatının rəsmisi Əli Həsənov deyib ki, iqtidar görüşlərdə müzakirə olunacaq mövzuları əvvəlcədən iştirakçılarla razılaşdırmağa hazırdır. Qalır ikinci təklifimiz. Əgər ikinci təklifimiz də qəbul olunaraq, real iqtidar-müxalifət dialoqu üçün şəraiti yaradılarsa, Müsavat prosesə qatılacaq”.
Partiya başqanının müavini Elman Fəttah da Müsavatın iqtidar-müxalifət görüşünə maraqlı olduğunu deyib: "Keçən həftə baş tutan dialoqa Müsavat Partiyası prosesdə iştirakını uyğun görməyərək "yox” cavabını verib. Əsas partiyanın iştirak etmədiyi görüşü iqtidar-müxalifət dialoqu adlandırmaq məncə düzgün deyil. Bu, sadəcə olaraq, siyasi partiyalarla görüşüdür. Biz istəyirik ki, görüş sırf iqtidar-müxalifət dialoqu müstəvisində keçirilsin”. Başqan müavini məsələ ilə bağlı Müsavat Partiyasının rəsmi açıqlamasından da danışıb: "İqtidar-müxalifət görüşlərində maraqlı olduğumuzu və şərtlərimizi irəli sürmüşük. Nəticənin necə olacağını zaman göstərəcək. Dediyimiz kimi, bu məsələ imitasiya xarakteri daşımamalıdır. İmitasiya prosesində Müsavat Partiyası iştirak edə bilməz. Müsavat mövqeyini ortaya qoyub və öz mövqeyimizdə qalırıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm