
Müsavatda qalmaqal...
19:21 16.02.2015
Arxiv
712
Mustafa Hacıbəyli: “Hikmət bəy, siz ancaq hazır əsərləri qrant müqabilində tərcümə etdirib özünüzə ad və pul qazanmısınız”Hikmət Hacızadə: “O ki qaldı mənim kitablarıma, gün gələcək onlarla sən də, sənin balaların da fəxr edəcək”

Müsavat Partiyasındakı daxili qarşıdurma səngimək bilmir. Başqan Arif Hacılının qardaşı, partiya Məclisinin üzvü Mustafa Hacıbəyli ilə keçmiş müsavatçı, politoloq Hikmət Hacızadə sosial şəbəkədə əməlli-başlı bir-biri ilə dava edirlər.
İkili arasında atışma isə ADR-in təsisçisi Qubad İbadoğlunun partiyadan xaric edilməsi ilə başlayıb. H.Hacızadənin Müsavatda baş verənləri repressiya adlandırması M.Hacıbəylini hərəkətə gətirib. Məclis üzvü öz "facebook” profilində belə yazıb: "Hikmət bəy, şadam ki, özünüzü ruhən hələ partiyada hiss edirsiniz. Amma yenə canınızı Qubad İbadoğlunun yolunda həlak edirsiz. Müsavatda qurultaydan əvvəl də kimlərsə partiyadan qovulub, cəzalanıb... indiki kimi fəallıq nədir, heç səsinizi də çıxarmırdınız. Hikmət bəy, heç vaxt demirdiniz ki, "ay kişilər, İsa Qəmbərin bütün keyfiyyətlərini qiymətləndiririk, amma şəxsiyyətə pərəstiş Müsavata yaraşmır, demokratik prinsiplərə yaddır. Sizin Qubad İbadoğluna tərəf olduğunuz da, bunun motivləri də hər kəsə bəllidir. Odur ki, bəzəkli şüarlar altında gizlənib bu qovğanı davam etdirməyə çalışmayın”. H.Hacızadə də öz növbəsində keçmiş həmkarına cavab verib və tərəflər arasında söz atışması başlayıb: "Mustafa bəy, səninki dava-davadır. Mən suallarına cavab versəm də, sən yenə narazısan. Dünən niyə belə danışmadın, bu gün niyə belə danışmadın? Məni "neprav” çıxartmaq istəyirsən, yaxşı, çıxart. Ancaq sözümü deyəcəm. Mən deyirəm ki, yad fikirliyə görə partiya yoldaşlarınızı repressiya edirsiz. Anlamırsız ki, söz azad olmasa, bütün prinsiplər puç olur. Özü də mənim hər hay-küyə münasibət bildirməyə imkanım və vaxtım yoxdur”.
Mustafa Hacıbəyli: "Sizin ittihamlarınızın şəxsən mənə dəxli yoxdur. Müsavatda fərqli fikirlilər çox olub. Amma onlar partiyadan çıxarılmayıb. Partiyadan çıxarılanlar fikirlərinə görə yox, qurum əleyhinə fəaliyyət göstərənlərdir. Onlar Müsavatı gözdən salmaq üçün sabotaja, bölücülüyə, böhtana, təhqirə əl atanlardır. İndi suallara cavab vermək növbəsi sizindir...”
Hikmət Hacızadə: "Olmadı da bəy. Mən sizə cavab vermişəm axı. 15 ildir Divana gəlmirəm, orada kim nə danışır, xəbərim yoxdur. Sadə adamam, partiya lideri deyiləm ki, hər şeyə münasibət bildirim. Partiyada monarxiya ilə vuruşan birinci mən idim ki, nəticədə 15 il divana gəlmədim, mövqeyimi divanda açıq ortalığa qoydum. O zamanlar heç kəs tərəfindən dəstəklənmədim. Özü də, bəy, yadıma düşür ki, səni "postayannı” yad fikirliyə və emosionallığa görə hər yerdən qovurdular. Görünür, bunlar sənə təsir etməyib. İndi iqtidar səndədir, sağa-sola biçirsən. Yerinə düşmüşkən, sənə bir şeir də həsr edirəm. Bəlkə oxuyub təsirləndin:
"Dostun xahişini dost yerə salmaz,
Həmişə əlində iqtidar olmaz.
Bu vəfasız dünyaya bel bağlama çox.
Gedər bu gözəllik, sənə də qalmaz.
Mustafa Hacıbəyli: "Sizi başa düşürəm. Suallardan yayınmaq üçün "səni qovurdular” deyib mövzunu deyişmək istəyirsiz, amma keçməz. Məni heç yerdən qovmayıblar. Oxuduğunuz şeirə gəlincə, sizin həmin şeiri oxuyub kövrəlməyiniz səbəbsiz deyil. Axı sizi deviriblər, əlinizdəki iqtidar sizə də qalmayıb. Hamınız bir dəstə oliqarx idiniz. Sən, Səxavət, Vurğun, Sülhəddin və s. bəylər. Ortada yeyib qıraqda gəzənlər idiniz. Xaş Məclislərində fətva verib mənim kimi süvarilərin fəaliyyətindən bəhrələnənlər idiniz. Siz ancaq hazır əsərləri qrant müqabilində tərcümə etdirib özünüzə ad və pul qazanmısız”.
Hikmət Hacızadə: "Mustafa bəy "yaxşı oğlan”dır, sadəcə ətrafdakılər onu işləməyə qoymur. A kişi, mən hardan oliqarx oldum? Partiyada nə postum var idi, nə də rəhbərliyə yaxınlığım. O ki qaldı mənim kitablarıma, gün gələcək onlarla sən də, sənin balaların da fəxr edəcək. Bir də ki, çox liberalizmdən danışırsız. Ənvər Əhmədi hansı haqla partiyadan çıxartdınız? Buna arqumentiniz nədir? Nooldu sizin söz azadlığınız??
Mustafa Hacıbəyli: "Müsavatdan qurultaydan əvvəlki illərdə də kimlərsə partiyadan qovulub, cəzalandırılıb. O vaxt reaksiya versəydiniz, bəlkə indi səmimiyyətinizə inanardım. Ənvər Əhməd barəsindəki qərardan narazıdırsa, şikayət versin. Görürəm, siz demokratiya ve liberalizm ideyalarını yalnız Qubad İbadoğluna xidmət göstərməkdə görürsünüz. Bu səviyyəyə endiyinizə görə təəssüf edirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm