Nazir Borçalıda azərbaycanlıları dinlədi, problemlər çoxdur
19:51 20.02.2015
Arxiv
1091
Soydaşlarımızın sərhəd-keçid məntəqəsində üzləşdikləri çətinliklər əsas məsələ kimi qabardılıb
Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini də ziyarət edib. Yerli sakinlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib və onların problemlərini dinləyib.
"Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov çıxışında azərbaycanlıların Gürcüstanda seçkidən-seçkiyə yada düşdüyünü və onların əsas problemlərinin hələ də həll olunmamış qaldığını bildirib. Ə.Əsgərov son iki ayda Azərbaycana gediş-gəlişin daha da çətinləşdiyini nazirin diqqətinə çatdırıb: "Borçalılar şəxsi maşınlarla Azərbaycana keçə bilmirlər. Gürcüstanda yaşayan hər 10 azərbaycanlı ailədən 8-nin Azərbaycanla əlaqəsi var. Lakin onlar öz qohumlarının yanına gedə və kənd təsərrüfatı məhsullarını satmaq üçün Azərbaycana apara bilmirlər”. Sonra sözügedən siyasi hərəkatın fəalı Zümrüd Qurbanlı, Qaraçöpdən gələn professor Fərhad Xubanlı, "Borçalı” İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri İsrafil Bayramov, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları müxtəlif məsələlərdən söz açıblar və müəyyən təkliflər irəli sürüblər. Nazir Azərbaycandakı "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmaması barədə məlumatlandırılıb. E.Məmmədyarov bu və ya digər məsələlər haqqında rəsmi Tiflislə danışıqlar aparıldığını və deyilən məsələlərin həllinə çalışacağını vurğulayıb.
Nazirin Marneuli görüşünü dəyərləndirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə açıqlamasında qeyd edib ki, danışıqlarda soydaşlarımızın qayğıları XİN rəhbərinə çatdırılıb: "Oradakı azərbaycanlılarla görüşmək, problemlərini dinləmək çox vacibdir. Güman edirəm ki, soydaşlarımızın sərhəd-keçid məntəqəsində üzləşdikləri çətinliklər, məhsullarının Azərbaycan bazarlarına maneəsiz keçidi, oradakı məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və Gürcüstanda azərbaycanlılar üçün ali məktəblərin tikilməsinə dair müraciətlər ediblər. Zənnimcə, ölkəmiz bu istiqamətdə daha ardıcıl və proqramlı siyasət həyata keçirməlidir”.
Özünün və rəhbərlik etdiyi birlik üzvlərinin Gürcüstana buraxılmamağına gəlincə, həmsöhbətimiz söyləyib ki, bu çox ciddi siyasi məsələdir: "Hər halda davranışımıza, fikirlərimizə və apardığımız xəttə adekvat deyil. Çox güman ki, nazir Gürcüstan rəsmiləri ilə danışıqlarda bizim yasaqlanmağımızı da nəzərə çatdırıb. Çünki məlum qadağa barədə ilk müraciətimiz hüquqi statusuna uyğun olaraq XİN-ə ünvanlanıb. Bizim məsələnin də müzakirəyə çıxarılmasını istisna etmirəm”.
Təşkilat sədri bəyan edib ki, Gürcüstana keçmələrinə dair tətbiq olunan qadağa cəmiyyətin fəaliyyəti ilə əlaqədardır: "Bunun ayrı adı yoxdur. Heç zaman məkrli və ürəkbulandıran niyyətlərimiz olmayıb. Soydaşlarımızın vətəndaş hüquqlarının təminatına çalışmışıq. Təxribat xarakterli işlərə bulaşmamışıq. Belə olan halda təşkilatımıza qarşı kampaniyaya başlanıbsa, deməli bu, təhrikedici və avantürist addımdır. Düşünürəm ki, zədələnmiş etimad zolağını ən qıza zamanda bərpa edib qabağa gedəcəyik”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm