Nazirlər Kabinetinə tapşırıqlar verilib
16:39 23.02.2015
Arxiv
506
Prezident ünvanlı sosial yardımla bağlı yeni fərman imzaladı
Prezident İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. AzərTAc-ın məlumatına görə, fərman vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə verilib. Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb.
VEMTAS-ın fəaliyyətinin təşkil olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beş ay müddətində:
Vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə "Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin;
Ünvanlı dövlət sosial yardımın alınması üçün istər kağız üzərindən, istərsə də elektron formada olunan müraciətlərin "bir pəncərə” prinsipi ilə qəbulunun həyata keçirilməsini və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların müvafiq dövlət qurumlarından elektron formada nazirlik tərəfindən əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün;
Ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılmasını və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin etsin;
Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilməsi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə üç ay müddətində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün zəruri texniki imkanlara malik infoköşklərin alınmasını, ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində quraşdırılmasını və "Elektron hökumət” portalına qoşulmasını, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həmin infoköşklərin xüsusi proqramla təchiz olunmasını təmin edəcək.
RYTN həmçinin ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin edəcək
Nazirlər Kabineti:
Üç ay müddətində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etsin;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarını beş ay müddətində yenidən hazırlayıb təsdiq etsin;
Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm