Nazirlik: Yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz
08:38 23.03.2019
Arxiv
436
Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar Yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin 23 mart - Ümümdünya Meteorologiya Günü ilə əlaqədar yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperatur yüksəlməsi atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb:
"Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, biz yüzilliyin sonunadək temperatur diapazonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artması ilə üzləşə bilərik. Bu, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mümkünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır".
Nazirliyin məlumatında bildirilir ki, Günəş buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir:
"Dünyada ən günəşli yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə Günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Ölkəmizdə coğrafi mövgeyi və iqliminə görə Günəş enerjisindən daha geniş istifadə üçün əlverişli şərait var".
Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Builki Meteorologiya Günü "Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm