Buna görə də problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir
Nə biznes, nə dövlət, nə də vətəndaş...
07:28 27.09.2018
Arxiv
789
Heç bir tərəf borclu kreditlərin öhdəsindən təkbaşına gələ bilməz
Buna görə də problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir
Buna görə də problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir
Konstitusiya Məhkəməsinin xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması qaydası haqqında qərarını şərh edən deputatlar və ekspertlər bu qərarın əsaslandırılmamış olduğunu deyib. Onlar Məhkəmənin bu qərarının birmənalı olaraq bankların xeyrinə olduğu qənaətindədir. Düşünürlər ki, ən azından banklar xarici valyutada kredit borcu olan vətəndaşların vəziyyətini nəzərə almalıdır.
İqtisadçı-ekspert Pərviz Heydərov isə "Şərq”ə açıqlamasında özünün fərqli düşüncələrini bəyan edib:
"Deməzdim ki, Konstitusiya Məhkəməsi sözügedən qərarında bankların tərəfini tutub. Burada sadəcə olaraq, məntiq əsas götürülüb. İstənilən halda, borca girən tərəf risk altına girir. Devalvasiya normal iqtisadiyyatı olan ölkələrdə adi bir prosesdir.
Və mərhələlərlə demək olar, hər zaman baş verir. Və maliyyə bazarında da hər bir iştirakçı bunu nəzərə alaraq işini qurur və yaxud addım atıb fəaliyyət göstərir. Məsələ bundadır ki, bizdə neftə görə, o cümlədən valyuta bazarımız sərbəst tənzimlənməyindən uzun müddət idi, bu, baş vermirdi. Ancaq bu, o demək deyildi ki, o, heç vaxt baş verməyəcək.
Əslində, banklar özləri də riskə gediblər. Yəni, istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini paylayıblar”.
Ötən ayın əvvəlinədək vaxtı keçmiş kreditlərin həcminin 2 milyard manata yaxın olduğunu xatırladan ekspert hesab edir ki, onların ümumi kredit portfelində payının 15 faizə yaxın təşkil etməsi çox ciddi faktordur: "Banklar 7501.2 milyon manat milli valyutada, 4669.5 milyon manat ekvivalentində isə xarici valyutada kredit veriblər. Manatla kreditlər üzrə vaxtıkeçmişin həcmi 845.5 milyon, xarici valyutada kreditlər üzrə isə 936,6 milyon manat təşkil edir.
Nə banklar, nə biznes, nə də əhali bu kreditlərin ödənməsi, yaxud bağlanması işinin öhdəsindən təkbaşına gələ bilər. Bu qədər vəsaiti birdəfəlik dövlətin üzərinə götürməsi də qeyri-mümkündür və düzgün deyil.
Buna görə də problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir. Yeri gəlmişkən, bu məqsədlə Azərbaycan Beynəlxalq Bankın təcrübəsindən istifadə edilə bilər. Bunun üçün də hökumət tərəfindən kompleks tədbirləri əhatə edən böyük bir plan hazırlanmalı və bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali, Mərkəzi Bank, kommersiya bankları arasında ədalətli şəkildə bölüşdürülməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə