Nə etdin, Suda..?

15 yaşlı şagird özünü qatarın altına atdı



Türkiyənin Aydın bölgəsində 15 yaşlı Suda Kutlay, sərnişin qatarının önünə atılaraq həyatına son verdi.

Hadisə, dünən 14.00 radələrində, Umurlu məhəlləsində yaşanıb. Umurlu Çox Proqramlı Anadolu Liseyi şagirdi Suda Kutlay, naməlum səbəblə sarsıntı keçirib. Dənizli- İzmir səfərini edən qatarın önünə atılan Suda Kutlay, qanlar içində qaldı. Hadisə yerinə gələn təcili yardım qruplarının sayəsində xəstəxanaya çatdırılan Kutlay, müdaxilələrə baxmayaraq qurtarıla bilmədi. Sudanın ölüm xəbərini alan ailəsi və yoldaşları, şok oldu. Suda Kutlayın geriyə hər hansı bir intihar qeydi də buraxmadığı öyrənildi. Maşinistin polis tərəfindən ifadəsi alındığı, qatarın yoluna davam etdiyi ifadə edildi. Polis, hadisələ ilə əlaqədar istintaqa başlayıb.