Nə üçün başqalarını asanlıqla qınayırıq ? – Alimlərdən ağlabatan izah

Bütün cəmiyyətlərdə bir insanın digərini atdığı yanlış addıma və etdiyi xoşagəlməz rəftara görə asanlıqla qınamasının şahidi oluruq. Lakin həmin adam hər hansı bir müsbət addıma atarsa, onun bu arzuolunan təşəbbüsünə müsbət reaksiya verib qiymətləndirmirik. Amerikalı alimlər də bu faktdan yola çıxaraq bunun səbəblərini araşdırıblar. 
"Sherg.az"ın "sciencesetavenir.fr"ə istinadən xəbərinə görə, alimlər qeyd edirlər ki, burada insanın və cəmiyyətin mədəni və sosial sistemi ilə yanaşı digər əsas bir fakt var. 
Amerikanın Dük Universitetinin alimləri qeyd edirlər ki, insan beynində başqasının hərkətini qınama bacarığına malik bir zona yerləşir. Kimsə hər hansı bir məntiqi, siyasi, elmi, sosial və fəlsəfi yanlışa yol verəkən bu zona aktivləşir. 
Və insan yaşanan hadisəyə reaksiya verib, həmin adamı qınayır. Lakin insan hər hansı bir faydalı iş görürsə və ya xoş niyyətli bir addım atırsa, həmin zona çox ləng işə düşür. Bu mənada insanlar bir-birinin xoş əməlinə nadir hallarda müsbət yanaşıb, yüksək qiymətləndirmir. Buna dair həmin alimlərin yazısı « Scientific Reports » qzəetində dərc olunub.
Tərcümə etdi : Ayyət Əhməd