
Nemət Pənahlının xanımı 6 uşağını saxlaya bilmir
20:36 18.02.2015
Arxiv
2227
Heç yerdən kömək yoxdur

Milli Dövlətçilik Partiyasının həbsdəki sədri Nemət Pənahlının həyat yoldaşı onun durumundan narahatdır. Məhbusun səhhətinin getdikcə pisləşdiyini deyən xanımı, fevral ayının əvvəlində onlara verilən uzunmüddətli görüşdən gələndən sonra bir dəfə danışdığını vurğulayıb: "Nemət Pənahlının səhhəti günü-gündən pisləşir. Şəkər xəstəsidir.
Təmiz hava və hərəkət lazımdır. Bunlar yoxdur. Hər dəfə onu görəndə deyir ki, səhhəti pisləşir, getdikcə zəifləyir. Yəni müsbətə doğru heç nə yoxdur. Nemət Pənahlı cəmi bir saat təmiz havada
olur. Müalicəsi isə demək olar ki, aparılmır. Şəkər xəstəliyi üçün gündə bir həb atır. Bu da olur onun müalicəsi. Halbuki, ciddi müalicə almalıdır. Türmə şəraiti ona çox ziyan vurur”.
Həyat yoldaşının ciddi müalicəsi üçün çox yerə müraciət etdiyini vurğulayan H.Pənahlının sözlərinə görə, vəziyyət müsbətə doğru həllini tapmayıb: "4 il çox yerə müraciət etmişəm, xeyri olmayıb. Biz şikayət etdikcə, onun saxlanma durumunu daha da pisləşdiriblər. Şikayət etdikcə, daha pis şəraitli həbsxanaya köçürürlər. Daha başa düşürəm ki, heç bir mənası yoxdur. Xahiş etdikcə vəziyyət mənfiyə doğru dəyişir. Bütün hüquq müdafiəçiləri onun vəziyyəti ilə bağlı xəbərdardır. Nemətin durumu ilə bağlı müraciət eləmədiyim yer də qalmayıb. Mətbuat da müntəzəm olaraq onun durumundan yazır. Deməyim odur ki, onsuz da ki, hər şey hər kəsə bəllidir. Buna rəğmən heç bir reaksiya yoxdur”.
Yenidən görüş məsələsinə gəldikdə isə Həcər xanım deyib ki, "Qobustan”da "gestopo” rejimi ilə idarə olunur. 6 aydan tez görüş qeyri-mümkündür. Lap görüşsəm belə, nə mənası var ki? Saxlanma şəraiti ilə Nemətin səhhəti tərs-mütənasibdir. Bir adamın bu qədər haqqına girmək olmaz.
Nemət Pənahlının səhhətinin və cəza müddətinin çox hissəsini çəkməsini nəzərə alaraq, onun əfvə düşmə ehtimalına gəldikdə isə xanımı deyib ki, hüquq müdafiəçiləri Nemət Pənahlının əfv olunması ilə bağlı dəfələrlə Əfv Komissiyasına və prezidentə müraciət ediblər, hətta onun sağlamlığı ilə bağlı həkim kağızlarını da ailəsindən götürüb, təqdim ediblər. Amma bütün bunların da heç bir əhəmiyyəti olmadı.
Meydan qəhrəmanının əfv ərizəsi ilə prezidentə müraciət edib-etməyəcəyinə gəldikdə isə Həcər xanım bu barədə tamamilə məlumatsız olduğunu deyib: "Bu barədə heç nə deyə bilmərəm. Çünki Nemətlə heç vaxt bu cür söhbətim olmayıb. Nə mən soruşmuşam, nə də o nəsə deyib”.
Ailə durumlarının da günü-gündən pisləşdiyini vurğulayan H.Pənahlı işsiz olduğu üçün 6 uşağı saxlamaqda çətinlik çəkdiyini bildirib: "Nemətin 6 uşağı var, özü həbsdə, həyat yoldaşı da işsizdir. Dövlət isə uşaqlarımı böyütmək üçün bizə heç bir maddi dəstək göstərmir. Bütün bunların fonunda dövlətdən hansı humanistliyi gözləyə bilərəm. İki uşağı saxlamaq olmur. Təsəvvür edin ki, 6 uşaqla mən hansı əziyyəti çəkirəm. Uşaqlarımı birtəhər dolandırmaq üçün gözlərimi Şamaxıdakı torpaq sahəmizə dikmişdim. Onu satmaq istəyəndə isə məlum oldu ki, bizim torpağımızı bələdiyyə satıb. Bu faktla bağlı İcra Hakimiyyətinə də müraciət eləmişəm. Amma heç bir reaksiya yoxdur. Elə bil ki, belə də olmalıdır. Son ümidim həmin torpaqlar idi ki, satıb uşaqların problemlərini həll edəcəm. Gedib görürəm ki, ərazini hasara alıb, məndən icazəsiz başqasına satıblar. Bələdiyyə isə deyir ki, "ağanəzərəm, belə gəzərəm”
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərərvurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Qobustan həbsxanasında saxlanılır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm