Nənəsinin yanına tətilə getmişdi...

6 yaşlı qızı balıqlar sümüklərinə qədər parçalayıb




Braziliyanın Monte Alegre şəhəri yaxınlığında Rio Maicuru çayına düşən altı yaşındakı bir qız uşağı piranalar tərəfindən hücuma məruq qalaraq həyatını itirdi. "Globo” qəzetinin xəbərinə görə, adı ifadə edilməyən uşaq tətilini keçirmək üçün yanına getdiyi nənəsi və digər üç uşaqla birlikdə çayda qayıq gəzintisinə çıxdı. Ancaq qayığın aşması nəticəsində içindəkilər çaya düşdü. Nənə və digər uşaqlar sahilə çıxmağı bacararkən, 6 yaşındakı qız uşağı çıxa bilmədi. Hadisə yerinə gələn kömək qrupları bir müddət sonra uşağı, bədəninin alt qisimi balıqlar tərəfindən sümüklərinə qədər tamamilə yeyilmiş halda sudan çıxardı. Yazıq qız müalicə altına alınsa da həyatda qalmağı bacara bilmədi.