Nəşəli məhbus...
19:35 22.10.2014
Arxiv
1048
“Həbsxanaya övladlarına yemək əvəzinə narkotika aparırlar”
Son günlər yerli cəzaçəkmə müəssisələrinə narkotik maddələrin keçirilmə halları artıb. Bunun qarşısı alınsa da, belə faktlar artmaqda davam edir. Hətta bu yaxınlarda bir ananın öz oğlu üçün narkotik maddə gətirməsi isə dəhşətlidir.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bəzi hallarda cəzaçəkmə müəssisələrinə narkotik vasitələrinin keçirilməsində cəzaçəkmə müəssisəsi rəhbərlərini və nəzarətçiləri günahkar görür: "Həbsxana qapalı yerdir. Əgər qapalı məkana narkotik vasitə keçirilirsə, nəzarət-buraxılış gücləndirilməlidir. Bununla yanaşı, cəmiyyət də bununla mübarizə aparmalıdır. Belə faktların qarşısının alınmasında Penitensiar xidmətin də böyük rolu olmalıdır. Lakin heç bir qurumun fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. Məhbusu ziyarətə gələnlərin üstü və əşyaları dəqiqliklə axtarılsa qarşısı alınar”.
O, ailə üzvlərinin həbsdə olan yaxınlarına narkotik maddə aparmasından təəssüflənib: "Görün, vəziyyət nə həddə çatıb ki, oğul öz ata-anasından, bacı-qardaşından narkotik maddə gətirməsini istəyir. Bu, bir bəladır”.
Tədqiqatçı-kriminalist İlqar Altay isə cəzaçəkmə zonalarında narkotik maddələrin istifadəsi və dövriyyəsinin bütün dünyada problem kimi qaldığını düşünür: "Bunun qarşısını almaq müşkülə çevrilib. ABŞ və Rusiya kimi ən güclü dövlətlər belə bunun qarşısını almaqda çətinlik çəkir. Əksinə, cəzaçəkmə müəssisələrində narkotik istifadəsi daha da çoxalır”.
İ.Altay bunun səbəblərini də açıqlayıb: "Əsas səbəb kimi cəza çəkən narkotik aludəçilərinin sağlam dustaqlarla bir zonaya salınmasında görürəm. Onlar düşdükləri mühiti, ömründə narkotik çəkməyən dustaqları da zəhərləyirlər. Məncə, narkoman cinayətkarların mühitini tamam ayırmaq lazımdır. Zonalarda narkomaniyaya qoşulmanın bir səbəbi də oradakı məşğuliyyət boşluğudur. Dustaqlar darıxdırıcı həyatdan, günlərini, vaxtlarını ötürmək səbəbindən də narkotika vasitəsilə keyləşmək yolunu tuta bilirlər.
Bundan başqa, narkomaniyanın zonalarda geniş vüsət almasına səbəb orada antinarkomaniya təbliğatının, nəzarətin, bu məsələyə xüsusi yanaşmanın, sərtliyin, cəza tədbirlərinin zəif olmasıdır. Ancaq xəstəlik ağrıları səbəbindən cəzaçəkmə müəssisələrində narkotik istifadəsi isə bir qədər real səbəb kimi görünmür. Çünki morf və digər narkotikdən ağrıkəsici kimi istifadə ancaq xərçəng və sair kimi ən ağır və kəskin xəstəlik zamanı lazım olur. Belə ciddi ağır xəstələr isə, ola bilməz ki, ümumi zonada saxlanılsın və onlar mütləq xüsusi rejimli müalicə müəssisələrinə köçürülür.
İlqar Altay valideyn və yaxın qohumların dustaqlara narkotik gətirmə faktlarına da münasibət bildirib. Onun sözlərinə görə, bunun səbəbi həmin dustaq övladın yaxınlarına sudan, yeməkdən daha çox narkotik vasitəyə ehtiyacı olduğunu bildirməsidir: "Hətta bu tələb özünü öldürmək dərəcəsi həddində təhdidlə qoyulur. Valideynlər də bu halı görüb, qorxub bu istəyi yerinə yetirmək məcburiyyətində qalırlar. Ancaq bilmirlər ki, bununla övladlarını daha da narkoman edirlər. Bununla cəzaçəkmə yerlərində rejimin pozulmasına və bu bəlanın daha geniş yayılmasına xidmət edirlər. Həm də bu hərəkət özü də cinayətdir. Onlar bununla Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş, qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və göndərmə kimi cinayət əməli törədirlər. Bu əməl isə, bizim ölkədə sərt cəzalandırılır. Hətta 7 ilədək azadlıqdan məhrum edilməklə. Ümumiyyətlə isə, bu məsələdə cəzaçəkmə müəssisələrindəki yoxlama-buraxılış rejiminin üzərinə xeyli məsuliyyət düşür”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm