Nikahdan qabaq həkimə getmək ciddi tələb kimi qoyuldu
20:42 25.02.2015
Arxiv
771
Müayinə tibb müəssisələrində pulsuz olacaq, arayış veriləcək
Bir müddətdir ki, davam edən müzakirələrdən sonra Ailə Məcəlləsinə nikaha dair yeni dəyişikliklər edildi. Dəyişikliklərə görə, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Həmin şəxslərin tibbi müayinəsi, habelə onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi, onların müraciəti yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Onlara tibbi müayinələrinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da verilir. Təbii ki, göstərilən dəyişikliyin qəbul edilməsi müsbət haldır. Buna rəğmən indiyə qədər qəbul olunan qanunlar ya kağız üzərində qalıb, ya da ki, ciddi rüşvət mənbəyinə çevrilib. Belə olan halda məlum yeniliyin müsbət effekt verəcəyi şübhə altına düşür. Və belə bir sual doğur ki, dəyişiklik bizim reallıqda nə dərəcədə keçərli sayıla bilər?
Yeniliyi dəyərləndirən tibb elmləri doktoru, ekspert Adil Qeybulla deyir ki, Azərbaycanda nikah müqaviləsinə barmaqarası yanaşırlar. Lakin bu müqavilənin önəmi ondan ibarətdir ki, ər-arvadın əmlakının hüquqi rejimi müəyyən olunur. Bu da sonradan hansısa problemlərin yaranmasının qarşısını alır: "Tibbi müayinə ilə bağlı da məsələlər bu cür həll olunmalıdır. Hətta sözügedən məsələ haqqında hüquqi məsuliyyət də nəzərdə tutulmalıdır. Tərəflərdən biri hansısa xəstəliyini gizlədirsə və sonda ailə faciəsi ilə bitirsə, əlbəttə ki, bu vaxt hüquqi məsuliyyət yaranır. Bəzi hallarda insanlar müayinədən keçməyərək müxtəlif yollarla arayış ala bilərlər. Amma sonradan hər hansı bir problemin aşkarlanması hüquqi məsuliyyətə gətirə bilər ki, bu da qarşı tərəfin iddia qaldırmasına və təzminat istəməsinə şərait yaradar”.
Ekspert diqqətə çatdırıb ki, yeni qanun işləyəcəyi halda, insanlar məsuliyyətlərini dərk edərək neqativ və qeyri-leqal yollara əl atmayacaqlar: "Nəticədə onlar düzgünlüyün tərəfdarı olacaqlar. Nə qədər ki, qanunda müəyyən boşluqlar var, insanlar bundan yayınmağa çalışacaqlar. Hər icbari xarakter daşıyan tədbirin arxasında müəyyən hüquqi məsuliyyət dayanır. Belə olacağı təqdirdə, neqativ halların yaşanmayacağını düşünürəm”.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov da söyləyib ki, bu qanunun tətbiqi yaxşı bir gələcəkdən xəbər verir. Ekspertin fikrincə, problemlərdən qaçmaq üçün həmin qanunun tətbiqi pozitiv sayıla bilər: "İnkişaf etmiş ölkələrdə həmin məsələni hər hansı qanunla həyata keçirmirlər. İnsanlar özü bilir ki, ailə həyatı qurmamışdan əvvəl müəyyən tibbi müayinədən keçməlidir. Onlar bunu edirlər və gələcək xəstəliklərdən sığortalanmış olurlar. Xəstəliyi olan şəxslərin evlənməsi nəticəsində gələcək nəsildə fəsadlar üzə çıxması qaçılmazdır. Bundan başqa, hələ hamiləlik zamanı ana bətnində uşağın inkişafının tam proqramlaşdırılmış şəkildə aparılmaması da reallıqdır. Konkret o halda, müayinə və müalicə metodları yoxdur”.
R.Bağırov onu da əlavə edib ki, əhalinin tibbi mədəniyyətinin, bu mövzuda kifayət qədər məlumatlılığın olmadığı ölkələrdə belə bir qanunun tətbiqi lazımdır. Bu istiqamətdə müəyyən maarifləndirici addımların atılması da vacibdir: "Hesab edirəm ki, qanun qüvvəyə minəndən sonra insanlar maariflənəcək və həmin yoxlamalardan keçəcəklər. Əhali arasında kifayət qədər təbliğat aparılacağı təqdirdə, nəticələr də ürəkaçan olacaq. Belə müayinələr və xəstəliklərlə bağlı laborator analizlər bir qədər baha başa gələn məsələdir. Yaxşı olardı ki, həmin müayinələr pulsuz başa gəlsin. Bu, gələcək nəslin sağlamlığına və əhali arasında müəyyən xəstəliklərin qarşısını almağa kömək edər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm