Növbəti dəfə imicini dəyişən Samiraldo çətin anlar yaşadı - FOTOLAR

Stilist Samiraldo növbəti dəfə imicini dəyişib. "Sherg.az"ın xəbərinə görə, ağ "parik" qoyan stilistə "parik"i çətin anlar yaşadıb. 
Belə ki, bu gün paytaxtda külək güclü olduğu üçün "Abşeron" Gənclər Şəhərciyində yerləşən "Abşeron" marketə alış-verişə gələn stilistin "parik"ini başından alıb.
 Samiraldo isə kənardan gələn gülüş sədalarına məhəl qoymadan marketə daxil olub,alış-verişini edib. 
Onu da qeyd edək ki, stilist avtomobilini də dəyişib. Bir neçə ay öncə adıçəkilən  marketə narıncı rəngdə avtomaşınla gələn Samiraldo bu dəfə qırmızı rəngli avtomaşınla təşrif buyurub. 
A. B