Novruz bayramında papaq atmayın! - AMEA-dan təklif
12:29 18.02.2015
Arxiv
639
“Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz"
Novruz bayramında qapılara papaq atma düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar: "Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.
Son vaxtlar belə məsələlərin kölgə altında qaldığını deyən alim bildirib ki, dünya xalqları öz arxaik mədəni qatlarını yenidən açır və mədəniyyətlərinin obrazlarını, onun ayrı-ayrı atributlarını canlandırırlar: "Hətta bundan biznes kimi istifadə edən xalqlar da var. Onlar öz atributlarını əşyalar kimi düzəldirlər və bazara çıxararaq böyük mənfəət götürürlər. Amma bizim atributlarımızın hamısı - istər nağıllarımızdakı Cırtdan obrazı, istər Keçəl, istərsə də Göyçək Fatma obrazları kölgədə qalıb”.
A.Əhmədli təklif edir ki, Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər: "Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər".
Alim hesab edir ki, əgər iş adamları bu işə xərc çəksələr, bundan yalnız mənfəət götürə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm