Novruz papağı ilə işiniz olmasın
21:42 26.02.2015
Arxiv
804
İctimaiyyət alimə etiraz edir
AMEA-nın Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin Novruz bayramında qapılara papaq atılmasının əslində milli-adət ənənələrə zidd olması fikrinə ictimaiyyətdən etiraz gəlib.
Oxucu Mais Yanardağ "Şərq”ə ünvanladığı məktubunda xalqın qoruyub saxladığı adətlərə müdaxiləni yersiz saydığını bildirib. Məktubda A.Əhmədliyə xitabən qeyd edilir ki, milli adət-ənənələrimizin üzərinə kölgə salmaq qəbuledilməzdir:
"Keçmişdən bizə miras qalmış elmi nailiyyətlərə, söz-söhbətə, adətlərə, dahi insanların ünvanına söz xatirinə söz demək, layiqsiz sözlər işlətmək heç də məqsədəuyğun deyil. Bu gün əsrlərdən bizə miras qalmış adət və ənənələrə qarşı çıxmağa, onun üzərinə kölgə salmağa heç kəsə ixtiyar verilmir. Əsrlər boyu bu gün bizə gəlib çatan papaqları kişilər 17 və 18-ci əsrlərdə başlarına qoyub, atlarına minib bu diyardan gediblər. Sizin dediyiniz ləyaqət rəmzi olan papağı bu gün heç kimin başında görməzsiniz! Yəqin bunu bilmirsiniz, duymursunuz. Papaqatdı, rəmzi məna daşıyan bir addır. İndi nə dam var, nə də onun bacası ki, ordan papaq atalar. İndi atılan torbalar, kisələr, papaq, qapılarsa baca missiyasını həyata keçirir. Bu gün çox mütərəqqi fikirli alim, filosof sözünə ehtiyac duyulduğu halda, belə lüzumsuz təkliflərlə özünüzü ixtiraçı-alim kimi qələmə verməkdə məqsədiniz nədir? Əgər yeni torba forması kəşf edib - ixtira edib, Novruz bayramında atmaq üçün işbazlarla əlaqə qurmaq istəyirsinizsə, ayrı sahələrdə arayın-axtarın. Xalqın əsrlərdən gəlmiş, ata-babalarının qoruyub saxladığı adətlərə müdaxilə edib, onun üzərinə kölgə salmayın”.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm