Nuland müxalifəti məyus etdi
20:22 19.02.2015
Arxiv
656
Gözləntilər baş vermədi, ABŞ rəsmisi əks düşərgənin funksionerləri ilə təmas qurmadı
ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakı səfəri maraqlı mesajlarla yadda qalıb. Ölkə rəhbərliyi ilə görüşən Nulandın açıqlamaları və Azərbaycanın lehinə mövqe sərgiləməsi ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılanıb.
Ancaq Nulandın səfəri müxalifət düşərgəsində məyusluq yaradıb. Buna səbəb isə amerikalı rəsminin sözügedən düşərgəyə daxil olan partiyalarla görüşməməsidir. Müsavat və AXCP-nin timsalında radikal müxalifətin gözləntilərini puça çıxaran Nuland deyib ki, inqilab o zaman mümkündür ki, hökumət, vətəndaş cəmiyyəti və sadə insanlar arasında dialoq olmasın. Qapılar bağlı olsun və hakimiyyət problemləri eşitməsin. Amma göründüyü kimi, Azərbaycanda radikalların gözlədiyi rəngli inqilab mümkün deyil. Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: "Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz”. Yeri gəlmişkən, Nuland Azərbaycanda siyasi qüvvələrlə hakimiyyət arasında dialoqun bərpasını da alqışlayıb. Onun sözlərinə görə, belə dialoq Azərbaycanın gələcəyi üçün çox mühümdür: "Dünyada ən güclü dövlət dövlətlə vətəndaşlar arasında açıq dialoqun olduğu dövlətdir”.
Nulandın mövqeyini dəyərləndirən ictimaiyyət nümayəndələri də hesab edirlər ki, Amerika radikal müxalifəti siyasi qüvvə kimi qəbul etmir.
Politoloq Sahib Alıyev deyib ki, ABŞ yetkililəri daim Azərbaycanda təkamül yolunu dəstəkləyib: "Yəqin yaddan çıxmayıb, uzun zaman ABŞ senatın xarici əlaqələr komitəsinə rəhbərlik etmiş Riçard Luqar 2000-ci illərin əvvəllərindəki narıncı inqilabların ideoloji atalarından biri olaraq dəyərləndirilirdi. Həmin Luqar 2005-ci ildə indi Amerikanın prezidenti olan Barak Obamayla birgə ölkəmizə gəlmişdi. O vaxtkı səfəri zamanı, ondan iki il sonra da verdiyi açıqlamalarda cənab Luqar deyirdi ki, Azərbaycanda narıncı inqilab mümkün deyil, çünki bu ölkə intibah yolundadır. Yəni, təkamül olan yerdə inqilab mümkünsüzdür. İndi isə eyni fikri bir az başqa şəkildə Amerika dövlət katibinin müavini Viktoriya Nuland təkrarlayır. O xanım ki, ötən il Kiyev küçələrində maydançılara öz əliylə kökə paylayırdı. Ukraynada yeni hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də internetdə yayılan səs yazısından məhz onun dilindən eşitmişdik. Özü də o necə demişdisə, elə də oldu”.
Məsələ ilə bağlı fikirlərini bölüşən BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı da bildirib ki, Viktoriya Nuland yalnız bir neçə QHT sədri ilə görüşüb. Həmin görüş də cəmi 20 dəqiqə çəkib: "Bu yanaşma ABŞ-ın Müsavat və AXCP-yə olan münasibətidir. Ola bilsin, ABŞ rəsmisinin radikal müxalifətlə görüşməməsinin səbəbi keçən il keçirilən prezident seçkilərində həmin qüvvələrin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub. Hər halda Nuland rəsmi şəkildə bəyan etdi ki, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı inqilab etmək niyyətində deyil”. BAXCP rəsmisinin sözlərinə görə, Nuland yaxşı bilir ki, Azərbaycan xalqının özü inqilab etmək arzusunda deyil: "Son illərdə Yaxın Şərqdə baş verən inqilablara nəzər yetirək. Yüz minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb, xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı çöküb. Bu ölkələrə milyardlarla dollar ziyan dəyib. Həmin dövlətlərə bundan sonra özlərinə gəlmək üçün on illərlə zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan yalnız xalq əziyyət çəkir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm