O da əfv olundu - İranın keçmiş səfirinin həbs etdirdiyi Şəmsiyyə Bəylərqızı azadlığa buraxıldı



Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında həbs olunmuş Şəmsiyyə Bəylərqızı da azadlığa buraxılıb. 

Sherg.az bildiri ki, dələduzluqda təqsirli bilinən Şəmsiyyə Bəylərqızı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbsə məhkum edilmişdi.

Qeyd edək ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

İttihama görə, Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Anar