Ölüm daha çox spirtli içkilərlə gəlir
08:31 27.09.2018
Arxiv
729
İlk növbədə keyfiyyətsiz içkilərin və digər məhsulların ölkəmizə necə gəlməsini aydınlaşdırmaq lazımdır
Xarici mütəxəssislərin araşdırması zamanı bəlli olub ki, dünyada daha çox ölüm halları məhz yol qəzaları zamanı baş verir. Digər maraqlı məqam isə budur ki, qəzaların böyük qismi spirtli içkilərdən, yəni sürücülərin sərxoşluğundan qaynaqlanır.
Sərxoş halda avtomobil idarəsi, yol qəzaları və ölüm halları ölkəmizdə də sıx rast gəlinən hadisələrdəndir. Amma sükan arxasına sərxoş halda oturmaq bir yana, insanların keyfiyyətsiz spirtli içkilərdən istifadəsi də narahatlıq yaradan məqamlardandır. Həkimlərin bu barədə dəfələrlə həyəcan təbili çalmasına baxmayaraq, keyfiyyətsiz, ucuz spirtli içkilərin orqanizmə ziyanlı olduğunu bildiyi halda belə içkilərdən istifadə edənlərin sayı çoxdur.
Keyfiyyətsiz spirtli içkilərin insan orqanizminə verdiyi zərərlər barədə "Şərq”ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ilk növbədə keyfiyyətsiz içkilərin və digər məhsulların ölkəmizə necə gəlməsini aydınlaşdırmaq lazımdır:
"Belə bir sual yaranır- "keyfiyyətsiz və zərərli spirtli içkilər ölkəmizə necə ayaq açır?”. Deməli, burada korporativ maraqlar üstünlük təşkil edir. Əgər qəzaları daha çox sərxoş sürücülər törədirsə, ilk növbədə bu hadisələrə rəvac verən bəzi strukturlar var deməkdir.
Polislər bütün gün yollarda içkili sürücü axtarırlar ki, ondan rüşvət alsınlar. Amma bununla bağlı başqa və təsirli tədbirlər görülməlidir. Belə məqamlara təmənnasız yanaşma olmayınca və bu məsələ milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsinə çevrilmədikdə problemlər davam edəcək”.
Professor bildirib ki, texniki standartlara uyğun olmayan spirtli içkilərin hər birinin tərkibində toksiki maddələr olur:
"Bütün bu toksiki maddələr insan orqanizminə, beyinə və ürəyə zərərli təsirlərini göstərir. Qida Təhlükəsizliyi Agentliyi (QTA) ölkədə xeyli sayda qida məhsullarının tərkibində mikrobların aşkar olunduğunu açıqlayıb. Lakin məsələ bu deyil. Əgər ölkədə zərərli qidalar varsa, niyə dövlət strukturları buna nəzarət etmir? Ona görə də işimizi düzgün qurmalıyıq. Özümüzü nə qədər qorusaq da, standartlara uyğun olmayan məhsullar qida rasionumuza daxil ola bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə