Onu Santa Klaus sanan uşağa 4 ildir hədiyyə aparır





Londonda Hüseyn adında bir müsəlman onu Santa Klaus sanan uşağa və bacısına 4 ildir hədiyyə aparır.

"Buzfeed” internet saytının xəbərinə görə, İngiltərənin paytaxtı Londonun cənubunda yaşayan 6 yaşlı Alfie, yaşlı və gur ağ saqqallı bir müsəlman olan Hüseynlə 2013-cü ilin dekabrında tanış olub. Gedərkən uşağın ona "Santa” deyə səsləndiyini eşidən adam, ailəsindən icazə alaraq Alfieyə pul verib. Uşaq da Hüseynin Santa Klaus olduğuna inanıb. Alfienin anası Tracy Ashford-Rose, evlərinin qarşısından keçən Hüseyni görən oğulunun həyəcanlanaraq oan, "Bax, Santa Klaus” deyə qışqırdığını bildirir. Santa Klaus sanılan Hüseyn 4 ildir Alfie ilə 13 yaşlı bacısı Hayleyə Milad bayramında hədiyyə aparır. Ayrıca uşaqları ad günlərində də ziyarət edir. Hadisənin qəhrəmanlarının şəkilini, yaxınları Facebook qrupunda paylaşınca soyadı açıqlanmayan Hüseyn çox sayda təşəkkür mesajı və hədiyyə alıb.