"...Onun adı “reketdir”, jurnalist deyil” - Baş redaktor
14:18 14.02.2019
Arxiv
785
"Əgər kimsə medianın adından istifadə edərək reketlə məşguldursa, mən ona heç vaxt "jurnalist”, "həmkar” deyə bilmərəm. Çünki onun adı "reketdir”, jurnalist deyil”.
Bunu "Sherg.az”a açıqlamasında "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib.
Baş redaktor bildirib ki, jurnalistlər neytral mövqe seçərək, xalqa informasiyanı çatdıranlardır. Əgər kimsə şantaj məqsədi ilə əhalini aldadaraq pul alırsa, o, sadəcə reketdir:
"Yəni belələrinə "jurnalist" demək heç bir məntiqə sığmır. Belələri ilə mübarizə çoxdan aparılır və bu mübarizədə fəal olan sadə vətandaşlarımızdır. Onlar reketlərin qanunsuz əməllərindən, şantajdan, dilənçilikdən Mətbuat Şurasına şikayətlər yazırlar. MŞ-yə çox sayda şikayətlər daxil olur. Onların hamısı ən yüksək səviyyədə araşdırılır və bunlarla bağlı qərarlar qəbul olunur. MŞ mediamızın "qara ləkə”lərini "qara siyahı”ya salır və bununla bağlı məlumat yayır. Lakin hesab edirəm ki, MŞ-nın səlahiyyətləri daha da genişləndirilməli, reketlər mediamıza ümumiyyətlə buraxılmamalıdır. Yəni təkcə "qara siyahı" ilə kifayətlənmək olmaz. Reketlərlə bağlı çox sərt qərarlar qəbul olunmalıdır və bu qara ləkədən mediamız tez bir zamanda təmizlənməlidir”.
Baş redaktor təəssüflə bildirib ki, bugün reketləri dəstəkləyənlər də tapılır: "Düşünürəm ki, onlar özləri də reketdirlər və qorxurlar ki, gec-tez növbə onlara çatacaq. Yoxsa reketləri dəstəkləyənləri necə başa düşmək olar? Əgər tənqidi material hazırlayıb, qarşı tərəfin rəyini öyrənmədən yayımlayırsan, birtərəfli, qərəzli mövqedən çıxış edirsənsə, sən jurnalist deyilsən, reketsən. Bir maraqlı faktı da qeyd edim. Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli yazıların birində qeyd edir: "Şikayətin birini Sabirabad rayonunun Nizami kəndinin sakini göndərdi. Şikayətçi iddia edirdi ki, onunla həmkəndlisi arasında mülkiyyət davası olub.
Münaqişə qarşı tərəfin həbsi ilə nəticələnib. Amma bir müddət sonra hüquq pozuntusuna görə həbsə düşən şəxs barədə yeni, heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər alıb ki, münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs məhkəməyə müraciət edərək işinə yenidən baxılmasını istəyib. Ərizəsinə əlavə edib ki, guya "jurnalistdir" və guya məhz "peşə fəaliyyətinə” görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə müraciət edərək, "təqibə məruz qalan jurnalist" qismində siyasi sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin, yəni məhbus "jurnalistin" vəsiqəsini bizə təqdim etdi. Həmin vəsiqə "Reallıq.info" saytının vəsiqəsi idi, İkram Rəhimovun imzası ilə verilmiş vəsiqə! Məsələ ondadır ki, vəsiqə həmin şəxsə, məhbəs həyatı yaşadığı zaman verilib! İşin bir tərəfi saxta vəsiqələrlə, saxta sənədlərlə siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən şəbəkəyə bağlanır”.
A.İmanovun sözlərinə görə, onlar həm də Azərbaycana qarşı işləyirlər: "Bu kimi halları, əlbəttə ki, həm hüquq-mühafizə orqanları, həm də Dövlət Təhlükəsizliyi Xidməti araşdırmalıdır. Çünki artıq söhbət dövlətimizin təhlükəsizliyindən gedir. Yenə də vurğulamaq istərdim ki, əgər toxunduğunuz məsələlərlə bağlı söhbət jurnalistlərdən getsəydi, kimsə yanlış yolu seçib, sonra səhvini anlayıb, başqa yol seçsəydi, bir həmkar kimi mən də onları dəstəkləyərdim. Amma söhbət Azərbaycanımızı ləkələmək məqsədi ilə çalışan kiçik və böyük dələdüz-reketlərdən gedir və mən hesab edirəm ki, onlar bütün qanunsuz əməlləri ilə bağlı cəzalarını almalıdırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat