“Ordumuzun genişmiqyaslı təlimləri Paşinyanı ciddi narahat edib, çünki...”
12:28 12.03.2019
Arxiv
649
“...Növbəti hərbi əməliyyatlar Ermənistan ordusunun məğlubiyyətinə səbəb olacaq. Bu da Paşinyan üçün siyasi fiasko deməkdir”
"Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi göstərir ki, Paşinyan cəbhədə yarana biləcək vəziyyətdən ciddi narahatdır”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, ATƏT-ın Minsk qrupunun həmsədrlərinin Helsinki Yekun Aktına əsaslanan son bəyanatının ardınca, Azərbaycan ordusunun geniş miqyaslı təlimləri erməni baş naziri Nikol Paşinyanın təcili Qarabağa gəlməsinə səbəb oldu:
"Paşinyanın danışıqlarda format dəyişikliyi təklifi Avropa İttifaqı tərəfindən də qəbul edilməyərək, Qarabağ danışılarında mövqeyinin zəifləməsinə gətirib çıxartdı.
Paşinyanın işğal olunmuş ərazilərdə Təhlükəsizlik Şurasının iclasını keçirərək Azərbaycan ordusunun hərbi təlimlərini və müdafiə xəttinin möhkəmləndirilməsini müzakirə edəcək.
Çünki Nikol Paşinyan hakimiyyətə gəlişindən etibarən Azərbaycan ordusunun ilk genişmiqyaslı hərbi təlimləri keçirilir. Bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır”.
Analitikin sözlərinə görə, Paşinyan Qarabağ separtçılarına onların danışıqlarda yer ala bilməsinin mümkünsüzlüyünü izah etməyə çalışacaq:
"Növbəti hərbi əməliyyatlar Ermənistan ordusunun məğlubiyyətinə səbəb olacaq. Bu da Paşinyan üçün siyasi fiasko deməkdir. Ümumiyyətlə, Paşinyanın Xankəndində Təhlükəsizlik Şurasının iclasını keçirməsi danışıqlar prosesinə zərbədir. Bundan əlavə İrəvan bir tərəfdən Helsinki Yekun Aktının müddəalarını və Yenilənmiş Madrid Prinsiplərini qəbul edərək danışıqlarda iştirak edir, digər tərəfdən isə danışıqlardan yayınır. Ona görə də Azərbaycanın güc tətbiq etməsi gündəmə gəlməlidir”.
M.Əsədullazadənin fikrincə, ABŞ və Avropa Qarabağ konfliktinin həlli istiqamətində Azərbaycanla sıx işləməlidir:
"Yəhudi lobbisini bu prosesə dəstək verməyə cəlb etməliyik. ABŞ və Avropa dövlətləri Ermənistana diplomatik təzyiq etməyincə, İrəvan işğal olunmuş ərazilərdən çıxmayacaq və Rusiya Ermənistanda hökmranlığını davam etdirəcək. Azərbaycan Amerika və ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirməlidir ki, işğal olunmuş ərazilərin qaytarılması üçün hərbi əməliyytalara başladığımız təqdirdə bu dövlətlər neytrallığını saxlaya bilsin”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm