Özgecan üçün qolunu dağladı!

Adanada 28 yaşındakı Süleyman Özşahin, Mersinin Tarsus qəsəbəsində  öldürülən universitet tələbəsi  Özgecan Aslan üçün hərəkət etdi. Yük maşının üzərinə  çıxan Özşahin, kiçik balonda qızdırdığı dəmir parçasını qoluna basdırıb özünü yaralayarkən, "Ya o adam edam olacaq, ya da mən" deyə qışqırdı.
 Özşahin "Özgecanın qanı yerdə qalmayacaq. Bu gün Özgecanın hesabı soruşulacaq. Özgecanın qışqırıqlarını kim eşitdi, polis hardaydıydi? O qız meşədə yandırılarkən, onun qışqırıqlarını kim eşitdi. Bunun hesabını kim verəcək?" deyə qışqırdı.
Daha sonra hərəkətinə son verən Özşahinin, polislər tərəfindən polisə şöbəsinə  aparılarkən ağladığı göründü.