“Bu dəhşətli hadisəni edən insanlara da zülm edilməsin, ədalətin qarşısına çıxıb cəzalarını çəksinlər. Allah onların analarına, atalarına da köməkçi olsun”
Türkiyəni kədərə qərq edən Özgecan cinayətinə reaksiyalar yurd daxilində dalğa - dalğa gələrkən, vəhşicəsinə öldürülən gənc qızın atası, bütün insanlığın ibrət götürməsi lazım olan şərhlər verdi.
Mersinin Tarsus qəsəbəsində vəhşicəsinə öldürülən universitet tələbəsi Özgecan Aslanın, Barış Məhəlləsində məskunlaşan ailəsinin evinə başsağlığı ziyarətləri davam edir. Bu arada TRT Çukurova Bölgə Müdiri Sebahattin Qəhrəman da ağrılı ailəni ziyarət edərək başsağlığı verdi. Ziyarət zamanı danışan ata Məmməd Aslan, bütün insanlığa nümunə olacaq açıqlamalar verib.
"Dünyanın barışa və sevgiyə ehtiyacı var”
Yaşadıqları hadisə səbəbiylə dövlət başçısı və baş nazir daxil bütün dövlət böyüklərinin ona baş sağlamlığı verdiyini söyləyən Məmməd Aslan, "Dövlətimiz zaval görməsin. Millətimiz nəcib, gözəl bir millət. Gözəl könüllü insanlar var. Bir çox xəbər kanalından danışmaq üçün, reportaj hazırlamaq üçün gəlirlər, amma heç birini qəbul etmədim, lakin belə bir açıqlama vermək istəyirəm. Çünki məmləkətimizin, hətta dünyanın əslində əvvəlcə barışa və sevgiyə ehtiyacı var. Mən əvvəlcə özüm üçün bunu söyləyim; mən günahkarların günahkarı, kasıbların kasıbı, acizlərin acizi bir qəribəm. Rəbbim yaratdığını, gözəl yaratdığını, çox sevdiyini yanına götürdü. Bu məmləkətdə artıq ikilik olmasın. Bu dəhşətli hadisəni edən insanlara da zülm edilməsin, ədalətin qarşısına çıxıb cəzalarını çəksinlər. Allah onların analarına, atalarına da köməkçi olsun” deyə danışdı.