Paris görüşündən müsbət nəticəyə ümid yoxdur
20:06 23.10.2014
Arxiv
520
Çünki Ermənistan danışıqları pozmaq yolunu tutub
Parisdə gerçəkləşəcək görüş Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyəcək”. Bunu Fransanın Ermənistandakı səfiri Anri Reno prezidentlərin görüşünü şərh edərkən deyib. Səfir xatırladıb ki, tərəflər təklifi qəbul ediblər və yaxın günlərdə Parisdə baş tutacaq görüş Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində danışıqlara təkan verəcək:
"Tərəflər arasında qarşılıqlı etimad və inam atmosferinin yaradılması vacibdir. Bu, mövcud vəziyyəti dəyişməyə kömək edəcək”. Xatırladaq ki, Ermənistan tərəfi də oktyabrın 27-də Parisdə keçiriləcək prezidentlərin görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransa Prezidenti Fransua Ollandın təşəbbüsünü yüksək qiymətləndirib və görüşdən müsbət nəticə alınacağına ümid etdiklərini deyib. Amma görüş günü Kəlbəcərdə girov götürülən azərbaycanlıların qeyri-qanuni məhkəməsinin qurulması və elə həmin gün Vaşinqtonda "Freedom House” və Açıq Cəmiyyət Fondunun Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi hansısa məkirli niyyətlərdən xəbər verir. Yerli politoloqlar təsadüf hesab etmədikləri paralel hadisələrə diqqət çəkərək Paris görüşünün nəticələri barədə nikbin proqnozlar verməyiblər. Prezidentlərin görüşünü şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirli danışıqlara bəri başdan kölgə salan hadisələrin olduğunu deyib: "Ermənistan öz ampluasındadır. Danışıqlar prosesini pozmaq üçün Yerevan hər zaman ya atəşkəs rejimini kəskin şəkildə pozur, ya da prezident, xarici işlər naziri, müdafiə naziri hərbi ritorikaya söykənən bəyanatlar verir. Bu baxımdan görüşlər mənasız olur. İndi də görüş ərəfəsində təxribat yaratmaq üçün girov götürülmüş azərbaycanlılara qondarma məhkəmə prosesi qurmaq istəyirlər. Oktyabrın 27-də prezidentlərin görüşü təşkil olunur və elə həmin gün Xankəndidə girov azərbaycanlılara qeyri-qanuni məhkəmə qurulursa, deməli, Ermənistan narazılıq üçün yeni əsaslar yaradır. Ermənistanın bütün gedişləri danışıqları nəticəsiz etmək və status-kvonu qoruyub saxlamağa hesablanıb. Ona görə bu hadisələr fonunda danışıqların pozitiv nəticələrinə xüsusi ümid yoxdur. Dünya, o cümlədən Rusiya mətbuatı bir fikri önə çəkir ki, Vladimir Putin avqustda prezidentlərin görüşünü təşkil edərkən prosesin payızda davam edəcəyini bəyan edib. Bu baxımdan daha çox maraq doğuran Rusiya prezidentinin yeni görüş təşkil edəcəyi, hansısa nəticələrin əldə olunacağıdır”.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə bildirib ki, Paris görüşü haqda daha çox erməni tərəfə baxaraq fikir söyləmək mümkündür: "Qarşı tərəf üçün bu görüş sadəcə danışıqları, işğalı uzatmaq, vaxt qazanmaq, məsələni 2015-ci ilə keçirmək üçün yeni mərhələdir. Gələn il qondarma erməni genosidinin 100 illiyidir. Niyyət dünyanın bütün liderlərini İrəvana yığmaq və ermənilərin tarixdə genosidə məruz qaldıqlarını göstərmək, rəğbət qazanmaqdır. Növbəti ildə də onlar danışıqlar mərhələsini daha asan aşmağa çalışacaq və prosesi 2016-cı ilə keçirəcəklər. Ermənistanın strategiyası məsələni uzatmaqdır. Düzdür, Fransa tərəflər arasında inam yaratmağa çalışacağını deyir. İşğal kənarda qalıb, vasitəçilərin, Fransanın təşəbbüsü ona yönəlib ki, işğalı uzatmaq üçün təmas xəttində inam yaradan tədbirlər görülsün. Bu kimə lazımdır? Bizə torpaqları işğaldan azad etmək vacibdir, yoxsa təmas xəttində ermənilərə sakitlik yaratmaq?”. Politoloq vurğulayır ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır: "Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm