"Paşinyan anti-demokratik addımlar atır, parlamentə təzyiq göstərir”





"Paşinyan özünü "demokrat” siyasətçi kimi qələmə verərək, faktiki olaraq anti-demokratik addımlar atır, parlamentə təzyiq göstərir”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Ermənistandakı gərgin vəziyyəti şərh edən politoloq bildirib ki, baş nazir Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq üçün müxtəlif siyasi qüvvələrlə pərdə arxası danışıqlar aparır, siyasi qruplaşmaları öz tərəfinə çəkməyə çalışır:

"Əlbəttə ki, parlamentdə təmsil olunan Qarabağ klanının nümayəndələri, Respublika Partiyasının üzvləri mübarizəni axıra qədər aparacaqlar. Çünki onlar hakimiyyəti asanlıqla əldən vermək niyyətində deyillər. Bu baxımdan son günlər fəaliyyətlərini bir qədər də aktivləşdiriblər. Ermənistanda Paşinyanı dəstəkləyən kütlə var, yəni baş nazir küçədən rıçaq kimi istifadə edə bilir. Lakin Paşinyana dəstək verən insanlar bunu baş naziri sevdiklərinə, yaxud lider kimi qiymət verdiklərinə görə etmirlər.

Reallıq odur ki, artıq ermənilər Qarabağ klanını hakimiyyətdə görmək istərmirlər, camaat onlardan bezib. Məcbur qaldıqları üçün Respublikaçılar Partiyasının qarşısında olan qüvvəyə dəstək verirlər. Düşünürəm ki, parlament seçkisində Respublikaçılardan deputat seçilənlər olacaq. Bu, istisna edilmir. Ancaq keçmiş hakim partiyanın yenidən səs çoxluğuna və siyasi üstünlüyə sahib olacağına inanmıram”.

İsmayıl