“Paşinyan gələndən ölkəni 30 mindən çox adam tərk edib” – Fiasko
13:11 11.03.2019
Arxiv
722
"Ermənistan baş naziri Nikol Paşinyan çox ziddiyyətli bəyanatlar verir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə bəyan etmişdi ki, Dağlıq Qarabağ ermənilərinin adından çıxış edə bilməz. Ona görə də qondarma rejimin özü danışıqlarda "tərəf” kimi iştirak etməlidir:
"Daha sonra baş nazir bu mövqeyindən geri çəkildi. Faktiki olaraq üç dəfə qeyri-rəsmi olaraq Azərbaycan Prezidenti ilə görüş keçirdi. Təbii ki, bu görüşlərin hamısında münaqişənin əsas tərəfləri kimi Azərbaycan və Ermənistan iştirak edirdi.
Eyni zamanda dörd dəfə xarici işlər nazirləri səviyyəsində təmaslar oldu. Yenə də qondarma rejim təmsil olunmadı. Son günlər Paşinyan yenidən öz ampluasına qayıdır və iddia edir ki, separatçıların danışıqlar masasına oturmalıdır. Əlbəttə, baş nazirin bu cür yanaşması danışıqların bütün perspektivlərini kölgə altına alır. Bu yaxınlarda Paşinyan bildirdi ki, onun Azərbaycan rəhbərliyi ilə görüşündə əsas məsələ danışıqların formatının dəyişdirilməsi ilə bağlı olacaq. Ancaq baş nazirin sərsəm bəyanatları nəinki Azərbaycanda, hətta Avropa ölkələrində də çox mənfi qarşılanmaqdadır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Paşinyanla görüşdən sonra vurğuladı ki, heç bir ilkin şərt irəli sürmədən danışıqlara qatılmaq lazımdır. Yəni qondarma rejimin danışıqlarda iştirakı məqbul sayılmır. Avropa İtifaqının digər komissarı Yohannes də eyni məzmunda bəyanat verib və bildirib ki, mövcud format ən məqbul olanıdır. Daha sonra ATƏT-in sədri Miraslov Layçak Prezident İlham Əliyev ilə görüşündə qeyd etdi ki, danışıqların formatını dəyişmək olmaz. Gördüyünüz kimi Paşinyanın absurd təşəbbüsü müxtəlif istiqamətlərdə rədd olunmaqdadır”.
Milli Məclis üzvünün fikrincə, Paşinyanın bu məsələləri yenidən qabartması Ermənistandakı daxili situasiya ilə bağlıdır:
"Paşinyan inqilabının 10 ayı tamam oldu. Bu müddət ərzində baş nazir heç bir vədini reallaşdırmadığı üçün öz etimadını itirməkdədir. Əhali acdır, işsizdir və sosial rifahlarında ciddi dəyişiklik tələb edirlər. Ermənistan mətbuatının verdiyi rəsmi statistikaya görə, Paşinyanın hakimiyyəti dövründə ölkəni 30 mindən çox adam birdəfəlik tərk edib. Paşinyan çox çətin suallara cavab verməlidir. İnqilab yolu ilə hakim postu ələ keçirən baş nazir sələfi Sarksiyandan fərqli hansı işləri görə bilib? Təbii ki, heç nə etməyib, əksinə vəziyyət daha da kəskinləşib. Belə reallıqda Paşinyan münaqişə ilə bağlı prosesləri gərginləşdirməyə çalışır. Məqsəd daxili auditoriyanın nəzərini başqa istiqamətə çəkməkdir”.
Parlament üzvü bildirib ki, faktiki olaraq Paşinyan da Sarkisyan və Koçaryanın yolu ilə gedir:
"Hətta erməni mediası sarkazmla yazır ki, indiki situasiyada Paşinyan əvvəlki rəhbərlərin metodunu öyrənməyə və tətbiq etməyə məcburdur. Baş nazir də məhz bunları edir. Lakin Paşinyan unutmamalıdır ki, onun gedişləri heç bir nəticə verməyəcək. Əksinə, bu cür yanaşma danışıqlar prosesini buxovlayır. Danışıqların alternativi isə müharibədir. Paşinyan aprel döyüşlərindən sonra müharibənin Ermənistan necə fəlakətlər gətirdiyini yaddan çıxartmamalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm