Penitensiar Xidmət Taleh Bağırovla bağlı yayılan məlumatlara münasibət bildirdi
10:51 15.02.2019
Arxiv
665
Ədliyyə Nazirliyi Yanında Penitensiar Xidmət Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Taleh Bağırovun həyat yoldaşının verdiyi açıqlamaya münasibət bildirib.
Penitensiar Xidmətdən "Sherg.az"a verilən məlumatda bildirilir ki, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək həbsxanada cəza çəkən T.Bağırova qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə bilməməsi, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
Penitensiar xidmət bildirir ki, həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin T.Bağırov vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi T.Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov "Siz bura niyə gəlmisiniz, durun gedin" ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, "Mən gündəmdə qalmaq istəyirəm, bu mənim bir şansımdır" deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq "Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm" deyib.
Penitensiar xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi