Pirallahı sakindən odlu silah götürüldü





Pirallahı sakindən odlu silah götürülüb. 

Bu barədə "Sherg.az"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.

Ondan "Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.
Araşdırma aparılır.