Pirallahıda DƏRMAN ZAVODU tikiləcək
09:45 14.03.2019
Arxiv
592
Azərbaycan və İran Pirallahı Sənaye Parkında dərman istehsalı üzrə zavod inşa edəcək.
"Sherg.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.
"Pirallahı Sənaye Parkında birgə müəssisəmiz tərəfindən dərman istehsalı zavodunun tikintisinə başlanacaq. İnanıram ki, biz bu layihəni də uğurla başa çatdıra biləcəyik",- deyə nazir bildirib.
Nazir ötən il Neftçalada Azərbaycan və İran prezidentlərinin iştirakı ilə avtomobil istehsalı zavodunun istismara verilməsinə də toxunub. Onun sözlərinə görə, hazırda zavod uğurla fəaliyyət göstərir, birada qısa müddət ərzində 1 000-dən çox avtomobil istehsal olunub: "Çox önəmlidir ki, istehsal olunan avtomobillərin 90%-i artıq satılıb".
Azərbaycanla İran arasında olan ticarət əlaqələrinə toxunan nazir onu da vurğulayıb ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 74% artıb.
"Bu onu göstərir ki, ölkələr arasında olan əlaqələr yüksək səviyyədə inkişaf edir. Əlaqələr neft, energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, İKT və s. sahələri əhatə edir. Kənd təsərrüfatı sahəsini, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sahəsini vurğulamaq istərdim. Hesab edirik ki, iki ölkə arasında böyük imkanlar var və mən bizim sahibkarları kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığa çağıram", - deyə nazir qeyd etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq