Pişiklər adanı “işğal etdi”

Burda pişiklərin sayı insanlardan 6 dəfə çoxdu
Yaponiyanın Aoshima adasındakı pişik sayının insan sayını 6 dəfə keçməsi ilə beynəlxalq xəbər agentlikləri bu hadisəni "Yapon adasını pişiklər ələ keçərdi” başlıqlarıyla yaydı.
Ada sakinlərinin hədəfi ilk baxışda yalnız siçanları tutmaq idi.
Yalnız 22 adamın yaşadığı bu kiçik balıqçı adası indi pişik işğalındadır. Əvvəllər bir iki pişik ilə başlayan bu sevda, törəmənin artması ilə "pişik işğalı”na döndü. İndi adada olan 120 pişikdən 10-u sonsuzlaşdırıldı. Pişiklər yerli bitkiləri və zibilliklərdəki yemək artıqlarını yeyərək həyatda qalırlar. Mağazası və oteli olmayan "Pişik Adası”na hər gün yerli turistlər gəlir. Bol-bol şəkil çəkdirib pişikləri balıqlarla bəsləyirlər.