Pistorius haqqında qərar: sevgilisini məqsədli şəkildə öldürməyib

Paralimpiya çempionu, ötən il sevgilisini qətlə yetirməkdə şübhəli bilinən Oscar Pistorius, sevgilisi Reeva Steenkampı məqsədli şəkildə qətlə yetirməyib, hakim belə qərar verib.
Amma hakim Thokozile Masipa həmçinin müdafiə tərəfinin Pistoriusun cinayət törətmək anlayışı olmadığı barədə arqumentini rədd edib.
Hakimin sözlərinə görə, Pistorius "düzgün və səhv arasında fərqi başa düşür".
Şahid qismində dindirilərkən Pistorius suallardan yayınıb, amma bu onun təqsirli olduğunu sübut etmir, hakim deyir.
Cənubi afrikalı Olimpiya atleti, Reeva Steenkampı qətlə yetirməsini inkar edir və deyir ki, onun oğru olduğunu düşünürdü.
Hakim hələ də cənab Pistoriusu qadını istəmədən öldürməkdə təqsirkar elan edə bilər və buna görə Pistorius uzunmüddətli həbs cəzası ala bilər.
27 yaşlı Pistorius ona qarşı bütün ittihamları rədd edir.